Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:10

Almanların üçdə ikisi şərqlə qərb arasındakı fərqi görür


Berlin divarı. 1961
Berlin divarı. 1961

Almaniyanın birləşməsindən 27 il keçir. Ancaq almanların üçdə ikisinin fikrincə, keçmiş kommunist şərqiylə qərb arasında davamlı bölgü, «beyinlərdə Berlin səddi» qalmaqdadır. Bu haqda bazar ertəsi «Bild» qəzeti yeni sorğu açıqlayıb.

«GÖRÜNMƏZ BARYER»

INSA sorğu şirkətinin keçirdiyi rəy sorğusu üzə çıxarıb ki, rəyi soruşulanların 64.6 faizi almanların bu fərqi gördüyünə inanır. 22.9 faizsə fərqin aradan qalxdığını düşünür.

Rəy sorğusu Almaniyanın birləşmə bayramından bir gün öncə açıqlanıb. Şərq hissədəki almanların 74 faizi «görünməz baryeri» görür. Keçmiş Qərbi Almaniyada yaşayanlar arasında belə düşünənlər 62.3 faizdir.

Bu bölgü sentyabrın 24-də keçirilmiş seçkidə də özünü göstərib. Seçicilər müharibədən sonrakı dövrdə əsas siyasi partiyalara ən böyük zərbəni vurublar, ifrat sağçı «Almaniya üçün Alternativ» (AfD) partiyası səslərin 12.6 faizini qazanaraq ilk dəfə olaraq parlamentə keçib.

AfD-nin «ölkəni geriyə apar» platformasına dəstək Şərqi Almaniyada lap güclü olub. Kansler Angela Merkel-in 2015-ci ildə, əsasən, müsəlmanlar olan bir milyon miqranta qapıları açmağa qərar verməsi bu dəstəyi gücləndirib.

Almaniya parlamentində millətçilər də mandata sahib olur
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

«OYANIŞ ZƏNGİ»

Qərbi Reynland-Pfalz əyalətinin sosial demokratlardan olan baş naziri Malu Dreyer deyib ki, seçkinin nəticələri böyük siyasi partiyalar üçün «oyanış zəngi»dir, Şərqi Almaniyadan seçicilərin ehtiyaclarının və problemlərinin qaldığını göstərir.

«Şərq hissədəki almanların transformasiya zamanı məruz qaldığı təzyiqi, yenidən birləşmənin reallığa çevrilməsindən ötrü göstərdikləri səyləri lazımınca dəyərləndirmədik», – o, bazar ertəsi «Bayrischer Rundfunk» kanalına deyib.

«Yenidən birləşmə qərbi almanların gündəlik həyatına təsir göstərmədi», – baş nazir sözlərinə əlavə edib.

Tədqiqat naziri Johanna Wanka isə bazar ertəsi yeni layihə elan edib. Məqsəd İkinci Dünya müharibəsindən sonra Şərqi Almaniyada nə qədər nasistin təhsil və tədqiqat institutlarında işini davam etdirdiyini üzə çıxarmaqdır. Onun sözlərinə görə, bu, Qərbi Almaniyada həmin məsələyə dair araşdırmaya əlavə olunacaq.

XS
SM
MD
LG