Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:18

Almaniya və Avstriya ABŞ Senatının 'Rusiya sanksiyaları' qanunundan narazıdır


Şimal axını 2 kəməri üçün borular Almaniyaya daşınır
Şimal axını 2 kəməri üçün borular Almaniyaya daşınır

Almaniya və Avstriya iyunun 15-də ABŞ Senatında Rusiya üzərinə sanksiyaları möhkəmləndirən qanunun bir maddəsinə ciddi şəkildə etiraz bildiriblər.

Berlin və Vyana bildirirlər ki, bu qanun Avropanın Rusiya qazı ilə təchizatına əngəl yarada bilər.

ABŞ Senatı iyunun 15-də Rusiyaya qarşı sanksiyaları qanun halına salaraq möhkəmləndirən qərara əksəriyyət çoxluğu ilə səs verib.

Avstriya və Almaniya bu qanunun Şimal axını 2 kəmərinə aid hissəsi ilə razı deyillər. Yenilənmiş qanunvericilik aktında bildirilir ki, ABŞ Baltik dənizinin dibi ilə çəkiləcək bu kəmərə qarşıdır.

Sözü gedən kəmər Rusiya qazını Avropaya Ukraynadan yan keçərək nəql etməlidir. Ukraynadakı siyasi vəziyyətə görə bu ölkə ilə qazın Avropaya verilməsində əvvəllər fasilələr yaranıb.

Avstriya kansleri Christian Kern və Almaniya xarici işlər naziri Sigmar Gabriel iyunun 15-də verdikləri bəyanatla Birləşmiş Ştatları Avropanın qaz təchizatını Ukraynadakı vəziyyətlə bağlamamağa çağırıblar.

Kern və Gabriel bildirirlər ki, “Avropanın qaz təchizatı Birləşmiş Ştatların yox, Avropanın işidir”.

Bəyanatda Şimal axını 2 layihəsinıə daxil Avropa şirkətlərinin qanundankənar vəziyyətə salınması tənqid edilir.

Şimal axını 2 layihəsinin yarı xərcini Rusiyanın Gazprom şirkəti çəkir. Pulun qalan hissəsini Royal Dutch Shell, Fransanın Engie, Avstriyanın OMV, habelə Almaniyanın Uniper və Wintershall şirkətlərinin daxil olduğu Avropa qrupu ödəməlidir.

Birləşmiş Ştatlar əvvəllər Avropadakı müttəfiqlərini Şimal axını 2 layihəsinə girişməməyə çağırıb. Vaşinqtonun fikrincə, bu, Avropanı Rusiyadan daha dərin qaz asılılığına salır.

Avstriya və Almaniya rəsmilərinin bəzi ehtimallarına görə, ABŞ sadəcə olaraq öz şirkətlərinin xeyrinə Rusiyanı bazardan çıxarmağa çalışır. Birləşmiş Ştatlar bu yaxınlarda Polşaya maye qaz ixracına başlayıb.

Gabriel və Kern deyiblər ki, Senatın son qərarı Avropa-Amerika münasibətlərində daha bir mənfi aspektin yaranmasına səbəb ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG