Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:18

Alman millətçilərinin lideri ruslarla niyə görüşür?


Frauke Petry

Almaniyanın «Deutsche Welle» beynəlxalq yayımçısı millətçilərin lideri, «Almaniya üçün alternativ» (AfD) partiyasının həmsədri Frauke Petry-nin Moskvada müəmmalı görüşlər keçirdiyini yazır.

F.Petry-nin ofisi bu haqda xəbəri yaysa da, görüşlərə kimlərin qatıldığını və nədən danışıldığını açıqlamayıb, sadəcə, onun Moskvaya Rusiyayla Almaniyanın regional cəmiyyətləri arasında əməkdaşlığı müzakirə etməyə getdiyini bildirib. Məlumatda partiya liderinin səfər çərçivəsində Dövlət Dumanın spikeri Vyacheslav Volodin-lə və onun müavini Pyotr Tolstoy-la görüşdüyü də qeyd olunub.

KİMLƏRLƏ GÖRÜŞÜB

«Deutsche Welle» V.Volodin-in Rusiya prezidenti Vladimir Putin-in yaxın adamı, Rusiyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayır. Onun parlamenti idarə etdiyini, seçkiləri necə təşkil etdiyini ölkənin daxilində də, xaricdə də çoxları bilirlər. V.Volodin həmçinin, dövlət televiziyası olan «1-ci kanal»da tok-şou aparır və müxalifət onu proqramlarında yalan informasiya yaymaqda, Qərb və Ukrayna əleyhinə təbliğat aparmaqda suçlayır.

F.Petry-nin Moskva görüşləri haqda Rusiyanın Dövlət Duması da məlumat yayıb. Dumanın bəyanatında almaniyalı millətçinin Rusiyaya Moskvanın dəvətiylə gəldiyi, görüşlərdə regional parlamentlər, partiyalararası əməkdaşlıq, gənclər təşkilatları arasında əlaqələrin inkişafı məsələlərinin müzakirə edildiyi deyilir. Duma həmçinin, görüşdə spikerdən başqa, parlamentin aşağı palatasının sədri, millətçi Vladimir Zhirinovsky-nin, Dumanın Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutsky-nin, Energetika Komitəsinin sədri və Almaniya parlamenti ilə münasibətlər qrupunun koordinatoru Paul Zavalny-nin də iştirak etdiyini bildirir.

AfD-nin mitinqi.
AfD-nin mitinqi.

AfD VƏ MOSKVA

«Deutsche Welle» yazır ki, F.Petry-nin ofisi görüşə Almaniyadan daha kimlərin qatıldığını açıqlamır. Amma Almaniyanın «dpa» agentliyinin əldə etdiyi məlumata görə, AfD-nin təşkilati, siyasi və maliyyə məsələlərini idarə edən komitəsinin sədri Julian Flak da F.Petry-lə birgə Moskvaya gedib.

Fransanın ifrat millətçi «Xalq Cəbhəsi» partiyasından fərqli olaraq, AfD-ni Rusiyanın maliyyələşdirməsi haqda faktlardan hələ kimsə danışmır. Amma «Deutsche Welle» AfD, eləcə də digər millətçi qrupların son zamanlar Moskvayla yaxınlıq etdiyini, rus mətbuatının Almaniyadakı millətçi siyasətçilərlə tez-tez ünsiyyətdə olduğunu vurğulayır. Kremlin vəsaitiylə çalışan «Russia Today» kanalının alman dilində də səhifəsi var və bu səhifədə, əsasən, alman millətçilərindən sitat gətirirlər.

Almaniyanın kəşfiyyat idarələri ölkədə sentyabrda keçiriləcək seçkiyə Rusiyanın müdaxiləsiylə bağlı ehtimalını çoxdan bildirib. Amma buna real sübut yoxdur. Kəşfiyyat idarələrindən sızan məlumatda Rusiyanın seçkilərə dolayı yolla müdaxiləyə cəhd edə biləcəyi deyilib.

Öncəki sorğular AfD-nin çox da populyar olmadığını göstərsə də, son zamanlar partiya tərəfdarlarının sayı artmaqdadır. Federal seçkilərdə partiyanın xeyli səs toplayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG