Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 14:51

Əliyevlə Lukashenkonu nə birləşdirir? [video]


Əliyevlə Lukaşenkonu nə birləşdirir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Əliyevlə Lukashenkonu nə birləşdirir?

Azərbaycan və Belarus hökumətləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini bəyan edirlər. Hətta İlham Əliyev həmkarını “Heydər Əliyev” ordeni ilə təltif də edib.

"Belarus Azərbaycanı dəstəkləyən azsaylı dövlətlərdən biridir"

2007-2013-cü illərdə Rusiyanın “Kommersant” qəzetinin Belarusdakı xüsusi müxbiri işləyən Mövsüm Hacıyev deyir ki, iki ölkə başçılarının münasibətləri o qədər yaxşıdır ki, hətta Belarus İsrailin basqılar riskini göz önünə belə alıb və bloqqer Lapshinin Azərbaycana ekstradisiyasına razılıq verib:

Buna da bax: Əliyev Lukashenko-ya zəng edib

“MDB ölkələri arasında Belarus Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən azsaylı dövlətlərdən biridir. Hətta Nursultan Nazarbayevlə müqayisədə belə. Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu tez-tez təsdiqləyir. Hətta ötən ilin aprelində Dağlıq Qarabağ döyüşlərindən sonra Belarus tam olaraq Azərbaycanı dəstəklədi. Bu da Ermənistanla Belarus arasında diplomatik qalmaqalla nəticələndi. Bütün bu baş verənlər həm də iki ölkə lideri arasında yaxşı münasibətlərdən xəbər verir. İlham Əliyev Lukashenkonu “Heydər Əliyev” ordeni ilə təltif etdi. Lukashenko bu ordenə layiq olduğunu öz işiylə sübut edəcəyini bəyan etdi. Son hadisə - Lapshinin Azərbaycana təhvil verilməsi bu münasibətlərin nə qədər dərin olduğuna bariz nümunədir. Hətta Belarus İsraili belə göz önünə aldı”.

İki ölkə arasında soyuq münasibətlər də olub

Buna da bax: Nikolay Lukashenko: “Prezident olmaq istəməzdim”

Mövsüm Hacıyev Azərbaycan-Belarus münasibətlərinin yaxın tarixini də yada salır. Deyir ki, İraq müharibəsi zamanı Azərbaycan ABŞ-ı dəstəkləmişdi. Bundan sonra 2003-cü ildə Lukashenko öz çıxışında, Azərbaycan və Özbəkistanın adını çəkərək, islam ölkələrinin birləşməli olduğunu bildirmişdi. İki ölkə arasındakı soyuq münasibət 2006-cı ildə Belarus traktorları Dağlıq Qarabağa ixrac olunanda daha da kəskinləşdi. Hətta iş o yerə çatdı ki, Azərbaycan rəsmi şəkildə buna sərt reaksiya verdi. Bundan sonra isə Minsk bazarında çalışan azı yüz azərbaycanlını polis saxladı, əksəriyyətini cərimələndi.

2006-cı ildən sonra...

Buna da bax: İllər prezidentləri necə dəyişir [infoqrafika]

Mövsüm Hacıyev deyir ki, 2006-ci ildə İlham Əliyevin Belarusa səfəri iki ölkə arasındakı buzları əritdi. Bundan sonra tərəflər arasında çox sıx iqtisadi, siyasi işbirliyi, liderlər arasında isə çox isti şəxsi münasibət yarandı:

“Münasibət ilk növbədə iqtisadi istiqamətdə inkişaf etdi. Sonra isə siyasi münasibətlər daha da inkişaf etdi. Özəlliklə, Belarusun Rusiyaya olan borcunu qaytarmaq üçün Azərbaycandan borc istəməsi, Azərbaycan rəhbərliyinin məsələni dərhal həll etməsi iki ölkə arasında siyasi əlaqələri daha da gücləndirdi”.

Günü-gündən inkişaf edən münasibətlər

Buna da bax: 'Günün yaxşı hissəsi bitdi, Azərbaycan prezidentiylə görüşə gedirəm'

Mövsüm Hacıyev hesab edir ki, iki ölkənin yaxınlığı həm də onların mahiyyətindən irəli gəlir. Onun sözlərinə görə, hər iki ölkədə avtoritar rejim hökm sürür, beynəlxalq təşkilatların tənqidiləri ilə üzləşirlər.

Azərbaycanla Belarus arasında əməkdaşlıq isə günü-gündən inkişaf edir. Lukashenkonun ötən ilin noyabrındakı səfərində təhsildən tutmuş, kənd təsərrüfatına qədər ən müxtəlif sahələrdə sazişlər imzalanıb.

Buna da bax: 'Milyardlar sanki bir parça yağlı əppək olub qeybə çəkilib'

İqtisadçı Rəvan Eyyubov rəsmi göstəricilərə əsasən hesablayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 300 milyonu ötüb. O, hesab edir ki, bu da əslində iki ölkə arasında iqtisadi əməkdaşlığın o qədər də nəzərə çarpan olmağının göstəricisidir. Amma iqtisadçı əlavə edir ki, siyasi münasibətlər inkişaf edərsə, iki ölkə arasında iqtisadi inkişafa da yaxşı potensial var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG