Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:50

İyunun 26-da Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikasına səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşava “Okeçie” hərbi hava bazasında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısının Polşa prezidenti və bir sıra dövlət rəsmiləri ilə görüşləri gözlənilir.

Bu səfərə hazırlıqla bağlı bu ayın 5-i və 6-ı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşada olmuşdu.

Həmin nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçiləri daxil edilmişdi.

İyunun 27-dəVarşava şəhərində Polşa-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, tədbir çərçivəsində Polşa iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsindən ötrü ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG