Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Ali Məhkəmə Qiyas İbrahimovun şikayətinə baxacaq


Qiyas İbrahimov

Həbsdəki gənc fəal Qiyas İbrahimova bəraət verilməsi istənilir. Onun kassasiya şikayəti Ali Məhkəmədə icraata qəbul edilib.

Bu haqda AzadlıqRadiosuna Q.İbrahimovun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin iyunun 5-də qəbul etdiyi qərardan verilib. Həmin qərarı saxta və qanunsuz sayan vəkil deyib ki, Ali Məhkəmə şikayətə noyabr ayının 30-da baxacaq. Şikayət Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatına verilib.

Vəkil deyib ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi istənilir

“Q.İbrahimov barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini istəmişik. Onun Avropa Konvensiyanın 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyatın toxunulmazlığı), 10-cu (İfadə azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri ) və 18-ci ( Məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə hüquqları pozulub”, vəkil bildirib.

Buna da bax: Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

XATIRLATMA

NİDA Vətəndaş Hərəkatının üzvü olan Qiyas İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-dasaxlanıblar. Onlar narkotikdə ittiham ediliblər.

Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qəararı ilə 10 il azadlıqdan məhrum ediliblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və onacinayət işi açıldığı deyilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...” deyib.

Bunu isə hakim özünə qarşı hörmətsizlik sayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrəMəhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərə çıxıb. Hüquq müdafiə təşkilatları həmin işdə sifarişlə qərar çıxarıldığını söyləyiblər. Bir müddət öncə o səhhətində yaranan problemlərləbağlı xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG