Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

Kalmık Milli Dram Teatrı Bakıya gəlir


«Золотая рыбка» tamaşası.
«Золотая рыбка» tamaşası.

-

Oktyabrın 9-dan – 11-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, iki teatr rəhbərliyi arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən,yaradıcı heyət A.S.Puşkinin «Золотая рыбка» («Qızıl balıq») və Ə.Əmirlinin «Любящая женщина» («Sevən qadın») tamaşaları ilə çıxış edəcək.

Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan «Золотая рыбка» tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Sandji Pursyakov, Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

«Любящая женщина» tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları- Sandji Pursyakov, Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.

Xəbərdə bildirilir ki, «Золотая рыбка» tamaşası oktyabrın 9-da saat 12.00; 14.00; 16.00-da, oktyabrın 10-da saat 10.00; 12.00; 14.00; 16.00; 18.00-də, oktyabrın 11-də saat 10.00; 12.00 və 14.00-da, «Любящая женщина» tamaşası oktyabrın 11-də saat 19.00-da nümayiş etdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG