Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 08:28

Bu il Avropa İttifaqına rekord sayda sığınacaq müraciəti edilib


Ukrayna-Polşa sərhədində miqrantlar
Ukrayna-Polşa sərhədində miqrantlar

2023-cü ilin 9 ayı ərzində Avropa İttifaqına sığınacaq üçün 800 min nəfərdən çox adam müraciət edib.

Almaniyanın Die Welt qəzeti Aİ-nin qaçqınlarla iş agentliyinin hesabatına istinadla yazır ki, bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Hesabatda deyilir ki, Avropa İttifaqı bu il ona 1 milyondan çox sığınacaq müraciəti ediləcəyini gözləyir.

Bu ilin yanvar ayından sentyabrınadək Aİ ölkələrinə, habelə Norveç və İsveçrəyə 801 min 459 nəfər müraciət edib.

2016-cı ilin müvafiq dövründə bu rəqəm 1.23 milyon idi.

Ən çox artım Latviya və Estoniyada

Hesabata görə müraciətlərdə ən çox artım Latviyada (168%) və Estoniyada (119%) qeydə alınıb. Bunun Ukraynada müharibəyə görə Belarusdan qanunsuz miqrant axını ilə bağlı olduğu bildirilir.

2022-ci ildə Belarusun 5051 vətəndaşı Aİ ölkələrindən qaçqın statusu istəmişdi.

Bunlardan 3501 ərizəyə müsbət cavab verilib və ərizəçilər əlavə sosial müdafiə ala biliblər.

423 Belarus vətəndaşı qaçqın statusu alıb. 512 ərizəçiyə rədd cavabı verilib.

XS
SM
MD
LG