Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Erdogan: Afrinin mərkəzi tam nəzarətə götürülüb [Video]


Afrinin mərkəzində Türkiyə bayrağı qaldırıldı
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Afrinin mərkəzində Türkiyə bayrağı qaldırıldı

Türkiyə ordusu Suriyanın Afrin şəhərinin mərkəzini tam nəzarətə götürüb.

Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdogan bildirib.

Suriyanın şimal-qərbində - Türkiyə sərhədinə yaxın yerləşən Afrinə kürd yaraqlıları nəzarət edirdi. Türkiyə onları terrorçu hesab edir və PKK ilə bağlı olduqlarını bildirir.

Afrin uğrunda döyüşlərdə Türkiyəyə sadiq suriyalı üsyançılar da iştirak edir.

Bir müddət əvvəl kürd yaraqlılar Suriya ordusu ilə danışıqlar aparmağa və Suriya hökumət qüvvələrinin Afrinə girməsinə çalışırdılar. Amma bu, baş tutmamışdı.

Türkiyə ordusunun atəşi qarşısında hökumətyönlü qüvvələr geri çəkilmişdi.

Kürd yaraqlılar münaqişə başlanandan bəri Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşurdular.

Buna da bax: Əhalinin Afrinin mərkəzini tərk etdiyi xəbər verilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG