Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Əfqanıstanda məscidlərə hücum nəticəsində azı 72 nəfər həlak olub (VIDEO)


Əfqanıstan rəsmiləri bildirirlər ki, ölkədəki məscidlərə iki intihar basqını nəticəsində 72 nəfər həlak olub.

Oktyabrın 20-də paytaxt Kabuldakı şiə məscidində və mərkəzi Əfqanıstandakı Gor əyalətinin sünni məscidlərindən birində törədilmiş partlayışların qurban sayı arta bilər.

İndiyədək heç bir hücum üçün məsuliyyəti üzərinə götürən olmayıb.

Bu hücumlardan bir gün əvvəl Qəndəhar əyalətindəki ordu düşərgəsinə Taliban hücumu nəticəsində 43 əsgər öldürülmüşdü.

Daxili İşlər Nazirliyi bildirir ki, Kabulun Dəşte-Bərçi məhəlləsindəki İmam Zaman məscidində intiharçı tərəfindən törədilmiş partlayışda azı 39 nəfər həlak olub və 45 nəfər yaralanıb.

Bəzi xəbərlərə görə hücum edən şəxs üstündəki bombanı partlatmazdan əvvəl ibadət edənləri atəşə tutub.

Almaniyanın dpa agentliyi anonim təhlükəsizlik rəsmisinə istinadən ölü sayının 70-80 nəfər ola biləcəyini xəbər verir.

Mərkəzi Gor əyalətinin Dulayna rayonunun Xevyaqan sünni məscidində törədilmiş bomba partlayışında azı 33 nəfərin həlak olduğu xəbər verilir.

Bir yerli rəsminin dediyinə görə, hücumun əsas hədəfi ibadət zamanı məsciddə olan anti-Taliban komandirlərindən biri idi.

AzadlıqRadiosu xəbər verir ki, bu il ərzində Əfqanıstanın şiə azlığı bir neçə terror hücumuna hədəf olub. Bu hücumlara görə Taliban, İslam Dövləti və başqa ekstremist qruplaşmalar ittiham edilir.

Bundan əvvəl sentyabrın 29-da Kabulun şiə məscidlərindən birində keçirilən Aşura mərasimində törədilmiş basqında 6 nəfər həlak olmuşdu.

BMT-nin son məlumatına görə 2017-ci il ərzində Əfqanıstanın şiə azlığı üzərinə hücumlar nəticəsində azı 84 nəfər öldürülüb və daha 194 nəfər yaralanıb.

Əfqanıstan əhalisinin 90 faizi sünnidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG