Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Bu ilin əvvəlindən 100 min əfqan köçkünə çevrilib


BMT bildirir ki, bu ilin əvvəllərindən münaqişə və təbii fəlakətlərə görə Əfqanıstanda 108 min nəfər didərgin düşüb.

BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinin mayın 22-də verdiyi məlumatda deyilir ki, yanvarın 1-dən mayın 13-dək Əfqanıstanda 108 min 440 nəfər evlərini tərk etməli olub.

Ən böyük köç ölkənin şərqindəki Qəzni şəhərində baş verib. Orada 10 min nəfər köçkünə çevrilib. Onun ardınca şimaldakı Bağlan şəhəri gəlir. Buranı 4 min nəfər tərk edib.

Mayın 15-də Talibanın Farah şəhərini tutması nəticəsində daha 10 min nəfər köçkünə çevrilib.

Ümulikdə isə 2017-ci ildə Əfqanıstanda 445 min nəfər didərgin düşüb.

Son həftələrdə Taliban hökumət mövqeləri, habelə inzibati mərkəzlər üzərinə hücumlarını fəallaşdırıb.

Bu ölkənin hərbiyyəsi eyni vaxtda həm Talibana, həm də İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizə aparır.

Fevral ayında prezident Ashraf Ghani Talibanla hərtərəfli sülh planı təklif edib.

Hazırda Əfqanıstanın 440 rayonunda Taliban ərazinin 14 faizinə tam nəzarət edir.

XS
SM
MD
LG