Almaniya kansleri Angela Merkelin miqrant siyasətinə qarşı çıxanlar mayın 27-də Berlində yürüşə çıxıblar.
Qatı sağçıların dəstəklədiyi “Almaniya üçün alternativ” (AfD) birliyi “Almaniyanın gələcəyi” şüarı ilə mərkəzi dəmiryol vağzalından Brandenburq qapısına doğru hərəkət ediblər.
Eyni vaxtda iqrqçiliyə qarşı çıxanlar və solçu birliklər şəhərdə ayrıca yürüşlər keçiriblər.
Aksiyalar zamanı ictimai asaişin qorunmasına əlavə 2 minədək polis çıxarılıb.
“Almaniya üçün alternativ” birliyi müsəlman ölklərindən miqrantların qəbuluna qarşı çıxır.
AzadlıqRadiosunda olan məlumata görə, onların yürüşündə 5 minədək adam iştirak edib.
Qarşı tərəfin aksiyalarında isə təxminən 25 adm iştirak edib.
Buna da bax: Almaniyanın ifrat sağçı AfD Partiyası haqda nə bilirik.
Aksiyalar zamanı elə bir qarşıdurma və ya zorakılıq baş verməyib.
Miqrantlar və İslama qarşı çıxan “Almaniya üçün alternativ” partiyası ötən parlament seçkilərində 12,6 faiz səs toplayıb və hazırda parlamentdəki 4 müxalifət partiyasından ən böyüyüdür.