Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:55

ABŞ-ın hərbi gəmisi Filippin gəmisi ilə toqquşub,itkin düşənlər var


ABŞ-ın raket gəmisinin Yaponiya sahillərində Filippinin yük gəmisi ilə toqquşması nəticəsində 7 ABŞ dənizçisi itkin düşüb.

ABŞ-ın hərbi gəmisi 7-ci dəniz donanmasına aiddir.

Bundan başqa gəminin kapitanı və azı iki dənizçi yaralanıb.

Bu barədə Reuters agentliyi iyunun 17-də ABŞ komandanlığı və Yaponiyanın sahil-mühavizə xidmətinə istinadla xəbər verir.

Xilasedicilər qəza yerində axtarış aparırlar.

Dənizçilərin güclü zərbə nəticəsində dənizə düşdükləri, bəzilərinin isə otaqlarda bloklandığı güman edilir.

CNN televiziya kanalı ABŞ gəmisinə-xüsusilə də suda olan hissəsinə ciddi zərər dəydiyini xəbər verir.

Gəmnin gövdəsi deşildiyindən suvuran nasoslar işə salınıb.

ABŞ komandanlığının məlumatına görə, yük gəmisi Filippin bayrağı altında üzürmüş və ABŞ gəmisindən təxminən 3 dəfə böyük imiş.

Yük gəmisinə də ciddi zəzər dəyməsinə baxmayaraq yavaş sürətlə Yokosuka limanındakı bazasına doğru hərəkət edir.

ABŞ komandanlığı araşdırma aparıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG