Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:25

Abşeronda evləri su basıb


Salyan rayonu, Kür çayı daşdığından evlər su içərisində qalıb, 5 may 2010

“3-4 gündür evimizə yaxın düşə bilmirik. Göl daşıb, həyətləri, evləri su basıb. Durum çox acınacaqlıdır”.

Bunu AzadlıqRadiosuna Abşeron rayonu ərazisində yerləşən 28 may qəsəbəsinin sakini Sənan Məmmədov deyir.

“DİVARLAR SUYUN İÇİNDƏ QALIB”

Son 3 gündə Hökməlidəki gölün daşması nəticəsində ətrafdakı, azı, 30 evi su basıb. Sənan Məmmədov deyir, səbəb kanalizasiya axıntıları və son günlərin yağıntılarıdır:

“Bu gölə bir neçə yerdən tullantı sular axıdılır. Üstəlik, bizim də kanalizasiyamız olmadığından tullantı sular gölə axır. Son günlər qar yağır, əriyir, göldə suyun səviyyəsi qalxır, daşır. Qarlı, şaxtalı gündə onun- bunun evinə yığışmışıq. Qorxuruq, yatdığımız yerdə suyun altında qalıb məhv olarıq”.

Sənan Məmmədov 8 ildir ev tikib ailəsi ilə burada yaşayır. Ancaq indi bir istəyi var: havalar isinsin, ərazidəki su çəkilsin, o da, özü demişkən, “evi bir xam adama satıb aradan çıxsın”.

Sakin Əziz Xəlilovun da evinə ciddi zərər dəyib:

“Onsuz da rütubətin içərisindəydik. İndi vəziyyətimiz lap dözülməz olub. Divarlar suyun içində qalıb. Gölün suyunun səviyyəsi qalxıb. Qarşısı alınmasa, bu ərazidə salamat ev qalmayacaq”.

SU KƏNARA VURULUB, BƏND BƏRPA EDİLİB

Sakinlər yerli icra hakimiyyətindən və bələdiyyədən kömək gözləyirlər.

Həyətlərdən su təmizlənir, Salyan, may 2010
Həyətlərdən su təmizlənir, Salyan, may 2010



Hökməli bələdiyyəsindən “Qaynar xətt”ə bildirilib ki, həyətyanı sahələrin suyu xüsusi qurğularla kənara vurulub. Gölün daşmasına səbəb, əsasən, yuxarı 28 may qəsəbəsindən gələn axıntı olub:

“28 may qəsəbəsi iki hissəyə bölünür: yuxarı 28 may qəsəbəsi Binəqədi, aşağı 28 may qəsəbəsi Abşeron rayonu ərazisinə düşür. Yuxarıda yerləşən qəsəbədə kanalizasiya sistemi olmadığından tullantı sular gölə axıdılır, oradansa dərədə salınmış 28 may qəsəbəsindəki gölə gedir. Elə gölətrafı evlərin tullantı suları da ora axıdılır. Əsasən də yağıntılı günlərdə gölün səviyyəsi qalxır”.

Bələdiyyədən bildirilib ki, həyətyanı sahələrdən sular kənara vurulub, gölün ətrafındakı dağılmış bənd bərpa edilib. Tədbirlər davam etdirilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG