Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

ABŞ ticarət missiyası Azərbaycana gəlir


Azərbaycan və ABŞ bayraqları

ABŞ şirkətlərinin ticarət missiyası oktyabrın 16-dan 18-dək Azərbaycanda olacaq.

Missiyaya Amerika -Azərbaycan Ticarət Palatası və bu ölkənin Kommersiya Departamenti nəzarət edəcək.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Missiyaya 27 nəfərdən ibarət olacaq. Bu, indiyədək Azərbaycana gələn ən böyük ABŞ ticarət missiyasıdır.

“Şirkətlər ticarət sektorunun geniş və müxtəlif sahələrini təmsil edir. Burada olduqları zaman iki ölkənin iş adamları və hökumət nümayəndələri arasında görüşlər keçiriləcək. Şirkətlər İqtisadiyyat Nazirliyiilə də dəyirmi masa təşkil edəcək”, məlumatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG