Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:19

ABŞ Rusiyada qeyri-immiqrasiya vizaları verməyi dayandırır


arxiv foto

ABŞ 23 avqustdan etibarən bütün Rusiya üzrə qeyri-immiqrasiya vizasının verilməsi prosedurunu dayandırır. Prosedur sentyabrın 1-dən etibarən yalnız Moskvada bərpa ediləcək.

Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyi avqustun 21-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya Federasiyası ölkədəki ABŞ diplomatik missiya əməkdaşlarının sayının məhdudlaşdırılması tədbirləri ilə əlaqədar olaraq, 23 avqust 2017-ci ildən etibarən bütün Rusiya üzrə qeyri-immiqrasiya vizalarının verilməsi proseduru dayandırılacaq.

“ABŞ-ın diplomotik missiyasının işçilərinin sayını azaltmaq qərarı Rusiyanın iki tərəfli münasibətləri inkişaf etdirməyə olan ümidləri sual altına salır” - konsulluğun yaydığı bəyanatda qeyd olunur.

Buna da bax: Rusiya: Kimi ixtisar etməyə ABŞ qərar verəcək

Konsulluq qeyd edir ki, viza müsahibələri ləğv olunur. Sənədlərini təqdim edənlərə müsahibənin vaxtı ilə bağlı məlumat veriləcək.

Kreml Moskvadakı ABŞ diplomatik missiyasının sayını kəskin azaltmağa qərar verib, bu addımı ABŞ Rusiyaya yeni sanksiyalar qoyandan sonra atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG