Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

Xərçəng xəstələrini «gülümsədən güzgü» var


İlhan Berk
İlhan Berk

-

Sənaye dizayneri İlhan Berk Türkiyədə bənzərsiz bir güzgü hazırlayıb: İnsan yalnız gülümsərkən bu güzgüdə öz əksini görə bilir.

ODTÜ (Orta Doğu Texniki Universiteti) məzunu İlhan Berk güzgünü xərçəng xəstələrinin ovqatını yüksəltmək üçün hazırlayıb.

Türkiyə mediasının yazdığına görə, gənc yaşda astma xəstəliyinə tutulan İlhan Berktez-tezxəstəxanaya getməli olub. Bundan sonra o, belə qənaətə gəlib ki, bəzi məhsulları hazırlarkən, mütləq xəstələri düşünmək lazımdır.

Xərçəng diaqnozlu bir xəstənin «Güzgüdə özümə baxmaq və xərçəng olduğumla barışmaq çox çətindir» sözləri dizayneri çox təsirləndirib. Beləcə, «gülümsədən güzgü» yaratmaq arzusu doğulub:

«Bu güzgünü hazırlamaqda məqsədim xərçəng xəstələrinin çətin dönəmində onları gülümsədib daha güclü olmalarına kömək etməkdir».

İlhan Berk ABŞ-da Tomas Ceferson Universitetinin tibb fakültəsində dizayn dərsləri verir.Onun hazırladığı güzgüyə artıq sifarişlər də var. «Gülümsədən güzgü» 2016-cı ildə satışa çıxarılacaq.

XS
SM
MD
LG