Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:47

Departamentin hesabatında 'butulka' söhbəti [video]


«Azərbaycanda butulka işgəncələri» - ABŞ Dövlət Departamentinin hesabatı
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

«Azərbaycanda butulka işgəncələri» - ABŞ Dövlət Departamentinin hesabatı [A-Live]

ABŞ Dövlət Departamenti insan haqlarına dair hesabatında deyir ki, 2016-cı ildə Azərbaycanda baş verən ciddi işgəncə halları araşdırılmır.

Martın 4-də açıqlanan illik hesabatda deyilir ki, iki gəncə - Heydər Əliyevin heykəlinə şüar yazdıqlarına görə butulka və dəyənəklə işgəncə veriblər.

Söhbət Qiyas İbrahimBayram Məmmədovdan gedir. Onlar narkotik ittihamı ilə 10 il iş alıblar.

Buna da bax:​ Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...

Daha çox ictimai fəalları müdafiə edən vəkil Yalçın İmanov deyir ki, ümumilikdə işgəncələr getdikcə artır, işgəncə metodları isə təkmilləşir:

Yalçın İmanov
Yalçın İmanov

“İşgəncəyə məruz qalanların daha çox başına və ayaq nahiyəsinin alt hissəsinə zərbələr endirilir, onlar polis dəyənəyi, şüşə butulkalarla zorlanır, ya da zorlanma ilə hədələnir. Eyni zamanda mütəmadi və ardıcıl şəkildə döyülürlər. Döymə yarım saat, qırx dəqiqə yox, daha çox çəkir”.

Buna da bax:​ Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

Vəkil Yalçın İmanov deyir ki, fəallara edilən bir işgəncə də onları ailələrinə təzyiqlə hədələməkdir.

Norveçdə mühacirətdə yaşayan jurnalist İlqar Nəsibov deyir ki, 2009-cu ildə onu Naxçıvanda, jurnalist fəaliyyətinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ölümcül döydürüblər. Daha sonra polis idarəsində, ona öz əleyhinə ifadə verməsi üçün mənəvi işgəncə veriblər:

İlqar Nəsibov döyüldükdən sonra.
İlqar Nəsibov döyüldükdən sonra.

“Məni ailəmlə qorxudurdular ki, bu hadisə bu cür oldu, sabah-birisigün bu hadisə daha fərqli formada ola bilər. Sən bu işlərdən vaz keç, bizim istədiyimiz kimi ifadəni ver, biz bu işi xətm edək. Bir də beynəlxalq təşkilatlara bu haqda məlumat vermə”.

Vəkil Yalçın İmanov deyir ki, hətta ictimai fəal olmayan şəxslərə də işgəncə verilir, bu isə istintaq orqanlarının qeyri-peşəkarlığı ilə bağlıdır-onlar sübut tapmaq əvəzinə, işgəncə verərək cinayəti kiminsə boynuna qoymağa çalışırlar.

Buna da bax:​ 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'

Vəkil deyir ki, son illər ölkədə insan haqları müdafiəçilərinə təzyiq olur deyə, işgəncə halları haqda məlumat toplayanlar da azalıb, işgəncəyə məruz qalanların müdafiəsi zəifləyib.

Dövlət Departamenti öz hesabatında bildirir ki, şikayətlər dərhal və səmərəli araşdırılmır. Hesabata görə, Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa 2009-2013-cü illərdə üst-üstə 1700-ə qədər şikayət daxil olub, bunun isə təqribən 20 faizi araşdırılıb.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə deyilənlərə belə cavab verir:

Buna da bax: 'Şalvarımı soyundurub çəkdilər...'

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov

“İşgəncə halı bizdə yoxdur. Bunu birmənalı deyirəm. Hər hansı bir məqam, hər hansı problem varsa, bunu şişirdib, artıq işgəncə kimi təqdim edirlər. Səhv yanaşma bundan ibarətdir. Amma həmişə lazımi tədbirlər görülür”.

Bəs Bakı sakinləri bu barədə nə düşünür: ölkədə insan haqları necə qorunur?

Azərbaycanda insan haqları necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Dövlət Departamentinin hesabatında deyilir ki, 2016-cı ildə ölkədə əsas insan haqları problemlərinin təbiəti əvvəlki illərdən çox da fərqlənməyib, bu pozuntuların miqyası bir qədər də genişlənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG