Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:27

ABŞ-la Türkiyə viza xidmətlərini qarşılıqlı məhdudlaşdırır


Ankarada ABŞ səfirliyi

Birləşmiş Ştatlar və Türkiyə viza xidmətlərini qarşılıqlı məhdudlaşdırır. Səbəb İstanbuldakı ABŞ konsulluğunun türkiyəli əməkdaşının casusluq ittihamlarıyla həbsidir.

Köhnə müttəfiqlər arasında diplomatik qalmaqal oktyabrın 8-də başlanıb. Ankaradakı ABŞ səfirliyi bildirib ki, Vaşinqton əməkdaşın həbsindən sonra Türkiyədə bütün qeyri-mühacir viza xidmətlərini dayandırır.

TÜRKİYƏ BÜTÜN VİZALARIN VERİLMƏSİNİ DAYANDIRIR

Bəyanatda vurğulanır ki, son hadisələr ABŞ-ı Türkiyə hökumətinin ABŞ missiyasının obyektləri və əməkdaşlarının təhlükəsizliyini təmin etmək öhdəliyini yenidən dəyərləndirməyə vadar edib.

***Buna da bax-Türtkiyədə maliyyə və əmək nazirliklərinin 133 işçisi tutuldu

Qeyri-mühacir vizalarının verilməsinin dərhal dayandırıldığı bildirilib. Mühacir vizaları isə Birləşmiş Ştatlarda daimi yaşamaq istəyənlər üçün nəzərdə tutulub.

Türkiyə də elə həmin gün bildirib ki, Birləşmiş Ştatlardakı Türkiyə diplomatik obyektlərində qeyri-mühacir vizalarının verilməsi dayandırılıb. Daha sonra verilən bəyanatda bir az da irəli gedilərək, bütün viza xidmətlərinin dərhal dayandırıldığı vurğulanıb.

XATIRLATMA

Türkiyə mediasının bir neçə gün öncə yazdığına görə, İstanbuldakı ABŞ konsulluğunda işləyən yerli əməkdaş oktyabrın 4-də həbsdə saxlanıb, Fethullah Gülen-in təşkilatıyla əlaqələrdə ittiham olunur. Ankara ABŞ-da yaşayan Gülen-i ötənilki uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu danır. Ankara Vaşinqtondan Gülen-in ekstradisiyasını tələb edir.

***Buna da bax-Erdoğan: 'Kürdlərin referendum keçirməsinə qarşı qəti addımlar atılacaq' (Video)

Metin Topuz adlı konsulluq əməkdaşına casusluq, çevriliş cəhdi ittihamları verilib.

ABŞ səfirliyi oktyabrın 5-də bildirib ki, Birləşmiş Ştatlar bu həbsdən «dərin narahatlıq» keçirir.

NATO müttəfiqləri olmalarına baxmayaraq, iki ölkə arasında gərginlik Gülen məsələsi və ABŞ-ın Suriyadakı kürd YPG qruplaşmasına dəstəyi üzündən artıb.

Ankara YPG-ni qadağan olunmuş PKK-nın bir qanadı sayır.

Birləşmiş Ştatlar və digər Qərb ölkələri 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədə narazıların susdurulmasını da tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG