Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:12

ABŞ ordusu iyunun 20-də Suriyanın cənub-şərqində silahlı, İranda istehsal olunmuş dronu vurduğunu bildirir. Dronun həmin ərazidəki qarnizon yaxınlığında yerləşən qüvvələr üzərində hərəkət etdiyi bildirilir.

Pentaqon bildirir ki, ABŞ-ın Suriya ərazisi üzərində uçan F-15 təyyarəsi «Shaheed 129»a atəş açıb. Sonuncu düşməncəsinə münasibət sərgiləyib, koalisiya qüvvələrinə doğru hərəkət edirmiş.

«QANADLARI ÇİRKLİ» DRON

Pentaqonun sözçüsü, donanma kapitanı Jeff Davis deyib ki, İran istehsalı olan dronun «qanadları çirkli», yəni silahlı imiş.

Bu insident ABŞ-ın Suriyanın müttəfiqlərinə qarşı hərəkətlərinə Rusiyanın etirazı fonunda baş verir. BMT-nin baş katibi Antonio Guterres da xəbərdarlıq edib ki, insidentlər çox təhlükəli ola bilər, müharibəni qızışdırar.

Sonuncu insident Suriyanın hökumətdən ötrü strateji əhəmiyyət daşıyan hissəsində baş verib. Burası Tehran üçün vacibdir, Suriyada və İraqda dəstəklədiyi qüvvələr arasında quru dəhlizi yaratmaq istəyir.

ABŞ koalisiyası bildirir ki, bu məkan iyunun 8-də daha bir dronun vurulduğu əraziyə yaxındır. ABŞ kəşfiyyat mənbələri həmin dronun da İrana məxsus olduğunu aşkarlamışdı. Dronun koalisiya qüvvələrinin yaxınlığına bomba atdığı bildirilirdi.

Bu ərazidə Suriya və İranın dəstəklədiyi quru qüvvələri toplaşır.

ABŞ «Suriya Demokratik Qüvvələri» kimi tanınan kürd birləşmələrini dəstəkləyir.
ABŞ «Suriya Demokratik Qüvvələri» kimi tanınan kürd birləşmələrini dəstəkləyir.

RUSİYANIN ETİRAZI

Ötən həftəsonu ABŞ Raqqa şəhəri yaxınlığında pilotlu Suriya qırıcısını vurub. Onun ABŞ qüvvələri yaxınlığına bomba atdığını bildirib. Bundan sonra Dəməşqin müttəfiqi Rusiyadan xəbərdarlıq gəlib. Rusiya həmin hadisəyə görə hesabat tələb edir.

İyunun 20-də isə Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov deyib ki, Suriyada Amerika qüvvələrinin mövcudluğu tamamilə qanunsuzdur.

«Buna nə BMT-nin Təhlükəsizlik Şurası qərar verib, nə Suriya Ərəb Respublikası müstəqil dövlət kimi belə müraciət edib», – o , «Interfax» agentliyinə bildirib.

Ancaq görünür, Pentaqon Rusiyanın etirazlarını boş söz sayır.

«İctimai bəyanatlar bir yana dursun, indiyədək rusiyalıların bizi əndişələndirəcək bir hərəkətini görməmişik. Biz əməliyyatları davam etdiririk», – J.Davis iyunun 20-də söyləyib.

«MÜNAQİŞƏSİZ ZONA»

ABŞ ordusu dəfələrlə Assad-ın tərəfində savaşan qüvvələrə xəbərdarlıq edib ki, «münaqişəsiz zona»dan kənar dursunlar. Rusiyayla razılaşdırılmış bu ərazi İordaniyayla sərhəddəki əl-Tənf ətrafını əhatələyir, burada ABŞ xüsusi qüvvələrinin və ABŞ-ın dəstəklədiyi döyüşçülərin istifadə etdiyi qarnizon yerləşir.

ABŞ qüvvələri bu bazadan təlim keçilməsi və «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı hücumlarda yararlanır.

Son bir neçə həftə ərzində ABŞ koalisiyasına məxsus hərbi təyyarələr hökumətpərəst qüvvələrin həmin regiona doğru irəliləməsini önləyib. Pentaqon həmin hücumların özünümüdafiə xarakterli olduğunu deyib.

İŞİD Raqqa və Deyr-əz-Zorun müdafiəsinə çəkilib. Ekstremist qruplaşma böyük ərazilərdən geri çəkildikcə, Suriya qüvvələri və ABŞ-ın dəstəklədiyi üsyançılar səhralıqda mövqeləri möhkəmləndirməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG