Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:48

Ağ ev Vladimir Putinlə mümkün görüşü götür-qoy edir


Donald Trump və Vladimir Putin

Ağ evin Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü götür-qöy ediyi bildirilir.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti iyunun 2-də “Wall Street Journal” a istinadla xəbər verir.

Mənbənin məlumatına görə ABŞ-ın Moskvadakı səfiri Jon Huntsman bu həftə Vaşinqtonda olarkən belə bir görüşün təşkili məsələsi müzakirə olunub.

Məlumatda bildirilir ki, tərəflər hələ ki, görüşün yeri və vaxtı barədə razılığa gəlməyiblər.

Mənbə yazır ki, sammitdə məqsəd iki ölkə arasındakı fikir ayrılıqlaqrını yoluna qoymaqdır.

Məlumata görə, söhbət ilk növbədə Suriya və Ukrayna münaqişələri , habelə nüvə silahı üzərində nəzarət məsələlərindən gedir.

Ağ ev bundan əvvəl bildirimişdi ki, Donald Trump-la Vladimir Putin bu ilin martında telefon söhbəti zamanı belə bir görüşün mümkünlüyünü müzakirə ediblər.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi də daxil olmaqla bir sıra ölkələr, 2014-cü ildə Krımın işğalı və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Buna da bax: Rusal rəhbəri, top menecerləri istefa verirlər

Qərb Rusiyanı Krımın işğalı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

Buna da bax:Trump deyir ki, Kim Jong Un-la 12 iyun sammiti yenidən gündəlikdədir

Günün bütün mövzuları

XS
SM
MD
LG