Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:51

Trump-ın səyahət qadağası ertələnir


D.Trump səyahət qadağasını imzalayır.
D.Trump səyahət qadağasını imzalayır.

ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trump-ın səyahət qadağasının icrasının ertələnmə müddətini uzadıb. Hakim Derrick Watson-un çıxardığı qərar o deməkdir ki, Trump-ın fərmanı məhkəmələrdə dartışılarkən o, altı müsəlman ölkəsindən gələnlərin Birləşmiş Ştatlara daxil olmasını yasaqlaya bilməyəcək.

ERTƏLƏMƏNİN MÜDDƏTİ UZADILDI

BBC-nin yazdığına görə, məhkəmənin qərarında deyilir ki, bu qadağa turizmə, eləcə də xarici tələbələrin və fəhlələrin cəlbinə ziyan vurar. Prezident Trump isə səyahət qadağasının terrorçuların Birləşmiş Ştatlara girişini əngəlləmək məqsədi daşıdığını vurğulayır.

Məhkəmədə Havay ştatı və ABŞ Ədliyyə Departamenti prokurorlarının arqumentləri dinlənilib. Hakim martın 15-də qoyduğu ilkin müvəqqəti ertələmənin müddətini uzadıb.

Trump-ın martın 6-da verdiyi fərmanla İran, Liviya, Somali, Sudan və Yəməndən gələnlərin ABŞ-a girməsinə 90 günlük, qaçqınlara isə 120 günlük yasaq qoyulurdu.

Fərmanın yanvarın sonunda çıxarılmış ilkin versiyası etirazlar doğurmuş və Sietl məhkəməsi onu bloklamışdı. ABŞ-dakı digər məhkəmələr bu qadağayla bağlı fərqli qərarlar çıxarıblar. Bu ayın əvvəlində Merilenddə hakim qadağanın bir hissəsini dayandıran qərar çıxarıb.

ABŞ-da D.Trump-ın miqrasiya qanuna qarşı etirazlar. 2017
ABŞ-da D.Trump-ın miqrasiya qanuna qarşı etirazlar. 2017

«DAHA BİR MƏĞLUBİYYƏT»

Trump isə «məhkəmənin görünməmiş özbaşınalığı»ndan şikayətlənib, məsələni gərəkən səviyyəyə qədər aparacağını söyləyib.

Havay məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək. Apellyasiya məhkəməsi fevralda Sietl məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı çərşənbə günü Havay məhkəməsinin qərarını «prezidentin ziddiyyətli addımının daha bir məğlubiyyəti» adlandırıb.

«Məhkəmələr bir daha müsəlman qadağasını rədd etdilər. Əvvəlki qadağa kimi, yeni fərman da ayrıseçkilik yayır. Prezident Trump bu məsələdən əl çəkməli, qadağanı ləğv etməlidir», – qurumun icraçı direktoru Margaret Huang «NBC News»a deyib.

SƏYAHƏT QADAĞASI KİMLƏRƏ AİDDİR?

Qadağanın yenilənmiş variantına görə, 27 yanvar fərmanındakı altı ölkənin – İran, Liviya, Suriya, Somali, Sudan və Yəmənin vətəndaşları bir daha 90 günlük səyahət qadağasına məruz qalacaqlar.

İraq bu siyahıdan çıxarılıb, çünki hökuməti viza üçün müraciət edənlərin təhlükəsizlik qaydalarına uyğun yoxlanmasını, informasiyanın paylaşdırılmasını gücləndirib.

Yenilənmiş fərman suriyalı qaçqınlara qeyri-müəyyən müddətə qadağanı da qaldırır. Sənəddə bildirilir ki, yasaq həmin ölkələrdən olan «Green Card» sahiblərinə (ABŞ-ın hüquqi baxımdan daimi sakinləri) aid deyil.

XS
SM
MD
LG