Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

Amerikalı fermer nə əkir


Qarğıdalı
Qarğıdalı

Hər ilin bu vaxtı ABŞ-da yaz əkinləri ilə bağlı müzakirələr başlayır. Builki müzakirələr daha qızğın keçir: Qarğıdalı, soya, yazlıq buğda, pambıq, yoxsa başqa bitkilər? Amerikalı fermerlər bu seçimlərin hər biri ilə bağlı güclü arqumentlər ortaya qoyurlar.

Rekord hədd – 4.12 dollar

«Reuters» yazır ki, ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) əkinlərə dair sənədini martın 29-da dərc edəcək. Tarixən, bu hesabatın ardınca bir neçə gün Çikaqo Ticarət Palatasında böyük canlanma müşahidə olunur.

Bu ilin əvvəlində USDA qarğıdalı və soya əkin sahələrinin 36.4 milyon, ümumi buğda əkinlərinə ayrılan sahələrinsə 18.8 milyon hektara çatdırılmasını nəzərdə tutub.

Dekabrda üç həftə ərzində qarğıdalı fyuçersləri hər buşelə (25.40 kq) azı 4 dollar səviyyəsində qalmışdı. Martın 14-də bu rəqəm rekord həddə - 4.12 dollara çatıb. Ümumən, yeni əkilmiş məhsulun qiyməti 4 dollarlıq həddi keçəndə istehsalçılar onun gəlirlilik potensialı barədə nikbin olurlar.

Ancaq ötən il vəziyyət belə deyildi. ABŞ qarğıdalısının ixracına tələbat bu ilin əvvəlindən rekord həddə çatıb. Bu, istehsalçılar üçün çox yaxşı xəbərdir. Bu və etanola (etil spirti, alkoqol) tələbat yayın sonunadək dolmuş, 2 milyard buşelə yaxınlaşdığı ehtimal olunan daxili anbarların ciddi boşalmasına yol aça bilər.

Fermerin birinci problemi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Daha çox soya əkilir

ABŞ-da qarğıdalı, adətən, soyadan əvvəl əkildiyindən, bəzən apreldən mayın əvvəlinədək havadan asılı olaraq, fermerlər bu iki bitki arasında seçim etməli olurlar. Əlverişli şərait yarananda qarğıdalı əkirlər. Ötən il ABŞ-da qarğıdalı əkinləri 2016-cı ildəkindən 4 faiz azalaraq 36.5 milyon hektara düşüb.

Fyuçers bazarında soya paxlası hələ də qarğıdalıdan üstün görünür.

Noyabr soyasının qiymətlərinin dekabr qarğıdalısının qiymətlərinə nisbəti ABŞ fermerlərinin yazda hansı bitkiyə üstünlük verə biləcəyini göstərən mühüm indikatordur. Bu nisbət 2.5 və daha yuxarı olanda, adətən, seçim soyanın xeyrinə olur. Çərşənbə günü bu nisbət ötən ilkinə yaxın-2.59 olub. Bu, həm də uzunmüddətli orta göstəricidən xeyli yüksəkdir.

Martda noyabr soyasının orta qiyməti bir il öncəkindən artıq - bir buşelə (27.2 kq) 30 sent olub. Ancaq 2017-ci ildə soyadan qarğıdalıya nisbətən daha çox gəlir götürməyə ümid edən ABŞ fermerləri rekord həcmdə, 36.5 milyon hektarlıq soya əkmişdilər. Bu isə 2016-cı ildəkindən 8 faiz artıqdır.

Vaxtilə Almaniya, Fransa və Belçikaya buğda satan Azərbaycan indi…
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

Yazlıq buğda daha cəlbedicidir

Ancaq «Reuters» yazır ki, növbələmə soya istehsalını azalda bilər. 2017-ci ildə soyaya üstünlük verən istehsalçılar bu il eyni sahələrdə eyni bitkini əkmək istəməyə bilərlər. Çünki eyni torpaqda ard-arda paxla əkilməsi xəstəlikləri önləməyi çətinləşdirir və torpağı daha tez aşılandırır.

Soya əkini, adətən, mayda qızışır. Paxlanın 2/3-dən çoxu ayın sonunadək əkilməlidir.

2017-ci ildə ABŞ fermerləri 4.5 milyon hektarlıq ərazidə buğda əkiblər. Bu, 1972-ci ildən bəri ən aşağı göstəricidir. Bərk buğdanın payına 931 min hektar düşüb. Ötən ay USDA 2018-ci il üçün yazlıq buğdanın və bərk buğdanın birgə həcminin ötən ilə nisbətən 4 faiz artacağını bildirib.

Ötən il təklifin azalması və Böyük Düzənliyin şimalında yaşanan quraqlığa görə qiymətin artması nəticəsində 2018-ci ildə yazlıq buğda fermerləri daha çox cəlb edir. Böyük Düzənliyin cənubunda hazırda davam edən quraqlıq və bərk qırmızı qışlıq buğda məhsulunun az olması yazlıq buğda əkinlərini daha da artıra bilər.

Bərk qırmızı qışlıq buğda məhsulu çox azalarsa, bu yay yüksək proteinli buğdaya tələbat həmişəkindən yüksək ola bilər. Tələbatı ödəməyə yazlıq sortlar əkilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG