ABŞ-la Çin 2 günlük gərgin danışıqlardan sonra ikitərəfli ticarət əlaqələrində fikir ayrılıqlarını aradan qaldırıblar.
Mayın 19-da yayılan birgə bəyanatda deyilir ki, Çin ticarət balansındakı əyrilikləri düzəltmək üçün ABŞ-məshulları və xidmətlərinin idxalını xeyli artırmaq razılığına gəlib.
Bu, Pekinə getmiş yüksək səviyyəli ABŞ nümayəndə heyətinin əsas tələbə idi.
Hələlik Çinin pul şəklində nə qədər güzəştə getdiyi bəlli deyil.
ABŞ tərəfi söhbətin 200 milyard dollardan getdiyini vurğulasa da Çinin xarici işlər nazirliyi bunu təsdiqləməyib.
Birgə bəyanata deyilir ki, Çin, öz xalqının artan maddi ehtiyacları və iqtisadi inkişafın yüksək göstəricilərini təmin etmək üçün ABŞ məhsullarının alınmasını xeyli artıracaq,öz növbəsində bu ABŞ-da inkişaf sürəti və məşğulluğun artmasına kömək edəcək.
Çin ABŞ-dan əsasən kənd təsərrüfatı məhsulları və enerji resursları idxal etmək fikrindədir.
Buna da bax:Trump Çin şirkətinə əl uzadır
Vaşinqtonla Pekin bundan əvvəl bir-birlərini 10 milyard dollarlarla gömrük rüsumu ilə hədələyirdilər.
Beləliklə tərəflər bu razılaşma ilə, öz aralarında ticarət müharibəsinin mümkünlüyünü aradan qaldırdılar.