Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:34

Chelsea klubu Abramovich-ə görə ‘yeni stadion planını’ dayandırır


Roman Abramovich
Roman Abramovich

Rusiyalı oliqarx Roman Abramovich-ə yeni Britaniya vizasının verilməsi məsələsində yaranmış qeyri-müəyyənliyə görə İngikltərənin Chelsea futbol klubu mayın 31-də Londonun qərbində klub üçün yeni stadionun inşası planlarını dayandırıb.

Abramovich-in mülkiyəyti olan klub bidlirib ki, hazırda 665 milyon dollarlıq layihənin icrası üçün münasib olmayan investisiya mühiti yaranıb.

Klubun bu bəyanatından əvvəl məluim olmuşdu ki, Abramovich vaxtı bitmiş Britaniya vizasını təzxələyə bilmir. Bu, Britaniyada prezident Vladimir Putinə yaxın oliqarxlara vizaların verilməsi prosesinin çətinləşdirilməsi ilə əlaqələndirilir.

Chelsea hələki özünün Abramovich-lə birgə gələcəyi barədə açıqlama verməyib. Oliqarx ötən həftə İsrailin vətəndaşlığını aıb.

Chelsea klubu üçün yeni 60 min yerlik stadionun tikintisinə artıq hakimiyyət orqanlarından icazə alınmışdı.

Klubun bəyanatın deyilir ki, “tikinti öncəsi bütün layihələndirmə və planlıaşdırma işləri dayandırılıb”.\

Bu arada Chelsea klubunun başqa problemləri də var. Komanda bu il Çempionlar Liqasının final mərhələsinə çıxa bilməyi və İngiltərə Premyer Liqasında beşinci yeri tutub.

Abramovich bu klubu 2003-cü ildə alandan bəri ona 1 milyard dollardan çox investisiya qoyub. Bunun sayəsində klub beş dəfə ölkə çempionu olub və Çempionlar Liqasının kubokunu alıb.

Lakin son o, illərdə ədalətli maliyyələşdirmə qaydaları ilə bağlı komandaya xərclədiyi pulu azaldıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG