Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

Bəzi QHT-lərə qarşı cinayət işi ləğv edilib?


Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

►Əliməmməd Nuriyev həmçinin, koalisiyaya üzv olan qurumların rəhbərlərinin sərhəddə giriş-çıxış zamanı hər hansı problemlə üzləşməyəcəyini bildirib

Mədən Sənayesində Şəffaflığın artırılması üzrə QHT koalisisyasına daxil olan təşkilatlar və onların rəhbərləri barəsində açılan cinayət işlərinin ləğv edildiyi bildirilir.

Üstəlik, onlarla bağlı vergi yoxlamalarının və ölkəyə giriş-çıxış yasağının götürüldüyü deyilir.

Bu haqda sözü gedə təşkilatlara koalisiyanın koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

Söhbət İqtisadi Tədqiqatlar Mərkəzi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi, Demokratik Təsisatlar və İnsan Hüquqları Birliyi, Free Person İnsan Hüquqları Müdafiə Cəmiyyəti və Qafqaz Media Araşdırmaları Mərkəzindən gedir.

Əliməmməd Nuriyev həmçinin, koalisiyaya üzv olan qurumların rəhbərlərinin sərhəddə giriş-çıxış zamanı hər hansı problemlə üzləşməyəcəyini bildirib.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl xəbəri təsdiqləsə də, əllərində təşkilatlara və təşkilat rəhbərlərinə qarşı yoxlamaların, cinayət işlərinin qapadılması ilə bağlı hər hansı sənədin olmadığını bildirib:

“Bizim təşkilata qarşı basqılar sonucu yaranan problemlər 6 səviyyədə idi. Təşkilata qarşı cinayət işi açılmış, hesablara həbs qoyulmuşdu. Şəxsi hesablarıma da həbs qoyulmuş, əsassız vergi cəriməsi kəsilmişdi. Ədliyyə Nazirliyi reyestrdən çıxarış vermir, təşkilatın ümumi yığıncağının nəticələrini qeydə almırdı. Qrant layihələrinin qeydiyyatından 2014-ci ilin mayından imtina olunmuşdu”

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Z. İsmayıl deyir ki, bu məlumatı dəqiqləşdirəcəklər:

“Ancaq biz bunu rəsmi qurumlarla dəqiqləşdirməliyik. Bayram günləri başa çatdıqdan sonra təşkilatın vəkili araşdırma aparacaq”

Z.İsmayıl Mədən Sənayesində Şəffaflığın artırılması üzrə QHT koalisisyasına daxil olan təşkilatlara basqılarla bağlı belə bir addımın atılmasının gözlənilməz olmadığını bildirib:

“Bu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatı ilə bağlıdır. QHT-lərlə əlaqədar gərəkli addımlar atılmazsa, Azərbaycanın mayın sonunda MSŞT-dən çıxarılma qorxusu var” - deyən Z.İsmayıl QHT-lərin problemlərinin ayrı-ayrı qurumlara münasibətdə deyil, prinsipial olaraq həll edilməli olduğunu qeyd edib.

Azərbaycanda hələ iki il öncə əsasən, xarici donorlardan maliyyələşən qeyri-hökumət təşkilatlarının əksəriyyətinə cinayət işi açılıb. Həmin cinayət işinə görə, QHT-lər fəaliyyətini dayandırmalı olublar.

Baş Prokurorluq 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə cinayət işi açıldığını açıqlamışdı. Cinayət işi həmin təşkilatların fəaliyyətlərində qanun pozuntularının aşkar edilməsi ilə izah olunurdu.

Buna da bax: Əfv edilən Anar Məmmədli evində (Video)

Həbsdən çıxan Anar Məmmədlinin ilk müsahibəsi...
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

XS
SM
MD
LG