Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Taksimdə duran adam - Erdem Gündüz [VİDEO]


Polis İstanbulda dinc aksiyaçıları saxlayıb
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Polis İstanbulda dinc aksiyaçıları saxlayıb

-

İstanbulda diqqət çəkən etiraz olayı baş verib. Bir nəfər iyunun 17-də axşam saat 8-də Taksim meydanında üzünü Atatürk Mədəniyyət Mərkəzinə (AMM) tutaraq, «passiv aksiya»ya başlayıb. O, nə az-nə çox, düz 6 saat ayaq üstə hərəkətsiz dayanıb.

Milliyyet.tv-nin reportajı

ERDEM GUNDUZ

-
Bütün bu müddətdə gözünü AMM-dən asılan Atatürk plakatına və Türkiyə bayrağına dikən bu şəxs az vaxtda sosial medianın gündəminə düşüb və «duranadam» hashtag-i ilə Twitter'də dünya trendinə çevrilib. Türkiyənin müxtəlif şəhərlərində ona dəstək aksiyasına qoşulublar.

Polis onun üstünü və çantasını yoxlasa da, donub-tərpənməz etirazçı aksiyasına ara verməyib.

«Duran Adam» Erdem Gündüz ixtisasca xoreoqrafdır. Olayın 6-cı saatı bitər-bitməz, polis onu saxlayıb, ancaq qısa müddət sonra sərbəst buraxıb.

Aktyor Ruken Demirer Twitter-dəki açıqlamasında bildirib ki, «Duran adam»la bir evdə qalır. O, hərəkətsiz aksiyanın bir ay sürəcəyini və hər axşam 3 saat boyunca yoldaşının yerinə növbə çəkəcəyini yazıb.

«MƏNİM DURUŞUM MEDİAYA QARŞIDIR»

Erhem Gündüz də jurnalistlərə açıqlama verib: «Mənim duruşum mediaya qarşıdır. Taksim hadisələrində 4 insan öldürüldü və media bunu görmədi. Mən bu sistemin dəyişməsini istəyirəm. Bu hökumətin istefası da yetərli deyil».

Başqa etirazçılar da Erhem Gündüzün başladığı aksiyaya qoşulacaqlarını yazırlar, amma bir fərqlə – 5 dəqiqə tərpənmədən əllərini ciblərində saxlayacaqlar.

Türkiyədə hökumət əleyhinə etirazlar mayın 31-dən başlayıb və geniş yayılıb. Polisin Gəzi Parkının sökülməsinə etirazlara qatılan bir qrup şəxsə qarşı şiddətə əl atmasını görən insanlar küçələrə axışıb. 3 həftədən bəri davam edən etirazlara polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib. Yaralı və saxlananların sayı yüzlərcədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG