Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir qərar verdi


Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb
Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb
Avropa Məhkəməsi seçki hüququ ilə bağlı Nemət Əliyevin Azərbaycana qarşı iş üzrə qərarını açıqlayıb. Məlumatı Hüquq Maarifçiliyi Cəmiyyəti yayıb.

8 aprel 2010-cu il tarixli qərarı ilə Avropa Məhkəməsi ərizəçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana görə 7.500 avro məbləğində kompensasiya ödəməsini müəyyən edib.

Məhkəmə həmçinin qeyd edib ki, Dairə Seçki Komissiyası (DSK) rəsmi məlumatlara istinad edərək Əliyevin şikayətini rədd edib, lakin bu zaman ərizəçinin təqdim etdiyi sübutlara deyil, niyə ancaq rəsmi məlumatlara istinad etdiyini əsaslandırmayıb. Eyni zamanda DSK şikayətin əsassız sayılmasının səbəblərini də açıqlamayıb.

Məhkəmə qeyd edib ki, şikayətin ünvanlandığı Apellyasiya və Ali Məhkəmə heç bir araşdırma aparmadan formal səbəblərə əsaslanaraq şikayəti araşdırmaqdan imtina ediblər. Daxili məhkəmələr ehtimal olunun narahatlığın araşdırılması üçün zəruri tədbirlər görməli idi. Bu yalniz ərizəçinin hüquqlarını pozulması deyil, həmçinin dövlətin azad və ədalətli seçki şəraitinin təmin etməsini təhlükə altına qoyur.

Nemət Əliyev namizədliyi 6 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər zamanı «Azadlıq» Siyasi Partiyalar Blokundan 93 saylı Bərdə seçki dairəsi üzrə irəli sürülüb. Bu seçki dairəsindən Milli Məclisin deputatı, «Ana Vətən» Partiyasının (hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının kursunu dəstəkləyən partiyadır) sədr müavini Zahid Oruc deputat elan olunub.

7 noyabr 2005-ci ildə ərizəçi seçki günü baş verən pozuntulardan DSK-ya şikayət verib. Şikayətdə qeyd edib ki, seçki prosesinə qeyri-qanuni müdaxilə olub, seçicilərə öz iradələrini sərbəst ifadə etməyə imkan verilməyib, rayon icra hakimiyyətinin, onların yerli icra orqanlarının, məktəb direktorlarının, bələdiyyə sədrlərinin göstərişləri və təhrikləri sayəsində seçki bülletenləri qanunsuz olaraq seçki qutularına doldurulub.

23 noyabr 2005-ci ildə DSK əlavə araşdırmaya ehtiyac olmadığını qeyd edərək şikayəti araşdırmaqdan imtina edib.

N.Əliyev Mərkəzi Seçki Komissiyasının bu hərəkətsizliyindən Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya Məhkəməsi 28 noyabr 2005-ci il tarixli qətnaməsi ilə şikayəti təmin etməyib. Ərizəçi həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə 1 dekabr 2005-ci il tarixli qərarı ilə şikayəti təmin etməyib.

N.Əliyevin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan şikayəti 20 aprel 2006-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG