Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

Ombudsmanın illik məruzəsinə münasibətdə iqtidarla müxalifət yerini dəyişib


Elmira Süleymanova
Elmira Süleymanova
İqtidar və hakimiyyət yönlü partiyalar Ombudsman Elmira Süleymanovanın parlamentdəki hesabatını tənqid edir. Müxalifət isə hesabatı təqdir edir.

Ombudsmanın hesabatına həbsdə olan jurnalist Eynulla Fətullayev, bloqqer Emin Milli və Adnan Hacızadənin adları salınması, diffamasiya haqda qanunun qəbulunun tövsiyə edilməsi kimi məqamlar iqtidar və iqtidar yönlü partiyaların iradına səbəb olub.

Millət vəkilləri Fəzail Ağamalı, Zahid Oruc, Mübariz Qurbanlı kimlərə isə xüsusi münasibət bəslənməsini düzgün hesab etməyiblər. Deputat Cəmil Həsənli isə bu cür yanaşmanı təqdir edir. Deyib ki, «xeyli iş görülüb və bunu qiymətləndirmək lazımdır».

***

2009-cu ildə Ombudsman Aparatına 9 minə yaxın müraciət daxil olub. Onların 7 mini şikayətlərdən ibarətdir. Minə yaxın şikayət məhkəmə orqanlarından, 500-ə yaxını hüquq mühafizə orqanlarından olub. Ombdusmana yol-polisindən də şikayətlər edilib.

Bələdiyyə və məhkəmə qərarlarının icrasından narazı qalanlar da ötən il Ombudsman Aparatına üz tutublar.

***

Azərbaycanda ötən il hüquq-mühafizə orqanlarında vətəndaşların hüquqlarının pozulmasıyla bağlı 150 fakt qeydə alınıb. Bunu ölkə Ombudsmanı Elmira Süleymanova aprelin 2-də parlamentdə verdiyi hesabatında səsləndirib.

Ombudsman deyib ki, onlardan əllidən çoxu vətəndaşlarla kobud rəftar, 40-a yaxını otuz səkkizi sakinlərin əsassız saxlanmasıdır.

Elmira Süleymanovanın sözlərinə görə, neqativ hallara yol vermiş 150-dən çox hüquq-mühafizə orqanlarında çalışanlar inzibati məsuliyyətə cəlb olunub, onlardan bəziləri işdən çıxarılıb, iyirmidən çoxu tutduğu vəzifədən uzaqlaşdırılıb, digərləri barədə inzibati tədbirlər görülüb.

Hazırda Milli Məclisdə Elmira Süleymanovanın illik hesabatı dinlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG