Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:31

Erdoğan və Abadi əməkdaşlıq barədə razılığa gəldilər


Prezident Recep Tayyip Erdoğan və baş nazir Haidar al-Abadi oktyabrın 25-də Ankarada görüşüblər

İraq və Türkiyə liderləri deyiblər ki, onlar regionda münaqişə və sabitsizliyə son qoyulması naminə əməkdaşlığı gücləndirməyə hazırdılar.

İraqın baş naziri Haidar al-Abadi oktyabrın 25-də Ankara səfəri zamanı keçirilən mətbuat konfransında deyib ki, “biz münaqişə və sabitsizlikdən əzab çəkəb regionun bir hissəsiyik və bu münaqişələrə son qoymaq üçün əməkdaşlıq etməyimizin vaxtıdır”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, “İraqın yenidən xarabalıqlardan və dağıntılardan qalxması onun ölkəsinin arzusudur”.

Erdoğan deyib ki, Türkiyə bu məsələdə İraqa dəstək verəcək və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün addımlar atacaq.

İki lider arasında keçmişdə münasibətlər gərgin olsa da, indi belə görünür ki, onlar Bağdaddan müstəqil olmağa çalışan kürd liderlərə münasibətlərində ümumi dil tapıblar.

Türkiyə narahatdır ki, İraq kürdlərinin müstəqilliyə can atması Türkiyədəki kürd əhalisinin də buna bənzər hisslərini qızışdıra ola bilər.

Erdoğan deyib ki, “biz lap əvvəldən İraqın ərazi bütövlüyünü dəstəklədiyimizi həmişə demişik”.

Türkiyə prezidenti sentyabrın 25-də keçirilmiş kürd müstəqillik referendumunun “qeyri-məqbul” olduğunu vurğulayıb.

Oktyabrın 25-də İraq Kürdüstanı Bağdadla münasibətlərin gərginlikdən çıxarılması məqsədilə referendum nəticəsinin “dondurulmasını” və dialoqa başlanmasını təklif edib.

Bu barədə nə Abadi, nə də Erdoğan şərh verməyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG