Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:23

Qurbanqulu Berdıməhəmmədov Azərbaycandadır


Bu, Berdıməhəmmədovun Azərbaycana ilk rəsmi səfəridir
Bu, Berdıməhəmmədovun Azərbaycana ilk rəsmi səfəridir

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mayın 19-da Azərbaycana ilk rəsmi səfərlə gəlib. Səfər iki gün çəkəcək.


Səfər çərçivəsində Azərbaycan və Türkmənistan prezidentləri birgə siyasi deklarasiya ilə çıxış edəcək, iki ölkənin nazirlik və qurumları arasında bir neçə saziş imzalanacaq. Berdıməhəmmədovun iştirakı ilə bu ölkənin Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasiminin də keçiriləcəyi gözlənir.


Qurbanqulu Berdıməhəmmədov 1957-ci ildə Aşqabadda anadan olub. Türkmənistan Dövlət Tibb İnstitutunun stomotoloji fakultəsini bitirib.


1997-ci ildə Türkmənistanın Səhiyyə naziri vəzifəsinə təyin olunub. 2001-ci ildə Baş nazirin müavini olub. 2006-cı ilin dekabrından Türkmənistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edib. 2007-ci ilin fevralında isə ölkənin prezidenti seçilib. Hazırda hökumətin başçısı, Türkmənistan Silahlı Qüvvələrinin ali baş komandanı, ordunun generalı, tibb elmləri doktorudur.


Azərbaycanın Türkmənistanla səfirlik əlaqələri 1997-ci ildə qurulub. 1997-ci ilin aprel ayının 30-da keçmiş prezident Heydər Əliyev Türkmənistanda Azərbaycan Respublikası səfirliyinin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb. Türkmənistanın Bakıdakı səfirliyi isə 1998-ci ildə fəaliyyət göstərməyə başlayıb.


İki ölkə arasındakı əlaqələr 1999-cu ildə Xəzərin neft yataqlarının bölüşdürülməsi ilə bağlı mübahisə zamanı kəsilib. 2001-ci ildə isə Türkmənistan hökuməti maliyyə çatışmazlığını bəhanə gətirərək Bakıdakı səfirini geri çağırıb.


Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov sonuncu dəfə Bakıya 1996-cı ildə gəlib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG