Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

«Qəbələ RLS-ə səfərin nəticələri təhlil olunur»


Amerika, Rusiya və Azərbaycan ekspertlərinin Qəbələ Radiolokasiya Stansiyasına (RLS) birgə səfərinin nəticələri hazırda təhlil olunur. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi jurnalistlərə bildirib.


Ekspertlər Qəbələyə senytabrın 18-də gediblər. Səfir deyib ki, amerikalı mütəxəssislər Vaşinqtona qayıtdıqdan sonra hesabat hazırlayırlar. Nəticələr bir neçə həftəyə və ya bir neçə aya bilinəcək.


Dersin fikrincə, bütün hallarda üçtərəfli komissiyanın RLS-ə səfəri çox lazımlı idi: «Amma bu görüşü məsləhətləşmə və ya müzakirə adlandırmaq düzgün deyil».


XS
SM
MD
LG