Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:42

Hammarberq prezidentdən jurnalistlərin əfvini xahiş edib


Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq prezident İlham Əliyevlə görüşündə həbsdə olan jurnalistlərin əfvini xahiş edib.


Bu haqda komissar sentyabrın 7-də keçirdiyi mətbuat konfransında məlumat verib. Cənab Hammarberq dövlət başçısının onun xahişinə necə reaksiya verməsi barədə hər hansı açıqlama verməyib: «Prezident bildirdi ki, sizin hazırlayacağınız hesabata ciddi münasibət göstəriləcək».


Avropa Şurasının insan haqları üzrə komissarı həmçinin «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan təsisçi və baş redaktoru Eynulla Fətullayevlə də görüşdüyünü bildirir: «Onunla uzun müzakirələrimiz oldu. Eynulla vəziyyəti ilə bağlı bizə ətraflı məlumat verdi».


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla 8 jurnalist həbsdədir.


XS
SM
MD
LG