Sentyabrın 4-də Bakıda keçirilən «İraq türkmənləri və Azərbaycan» adlı simpoziumda bu fikir səslənib.
Türkmənlər Azərbaycanda rəsmi təmsilçiliklərinin açılmasını arzuladıqlarını bildiriblər. Onlar övladlarının Bakıdakı universitetlərdə təhsil almasını, səhiyyə xidmətindən istifadə olunmasını üçün şərait yaradılmasını istəyiblər.
İraq Türkmənləri Cəbhəsinin rəsmilərindən olan Ənvər Həmin Bayraqdar çıxışdan bildirib ki, onlar beynəlxalq təşkilatlarda Azərbaycan tərəfindən dəstəklənmək üçün kömək gözləyirlər.
İraq türkmənlərinin vəziyyətinə dair simpoziumda Azərbaycanın elm dairələrinin təmsilçiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və media strukturlarının nümayəndələri, politoloqlar iştirak edirlər.
Tədbir türkmənlərin müraciəti əsasında Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Tədris Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
İraq türkmənləri Azərbaycan dövlət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.