Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 19:25

Bayıl həbsxanasında saxlanılan «Müxalifət» qəzetinin əməkdaşı Yaşar Ağazadə mayın 29-da aclıq aksiyasına başlayıb. Bu barədə «Azadlıq» radiosuna Ağazədənin vəkili Rəşid Hacılı məlumat verib. Onun sözlərinə görə, Yaşar Ağazadənin aclıq aksiyasına başlamasına səbəb onun Azərbaycanda söz azadlığına qarşı yönələn ardıcıl basqılara, jurnalistlərin qanunsuz olaraq həbsə atılmasına etirazıdı və o, ombudsman Elmira Süleymanova ilə görüş tələb edir. Hacılı deyir ki, Yaşar Ağazadə saxlanma şəraitindən də gileylənib:


«Onların saxlandığı kamera normativlərə uyğun gəlmir. Kamera 24 nəfər üçün nəzərdə tutulsa da, ora 27-dək məhbus yerləşdirilib. Yaşar Ağazadə və Rövşən Kəbirli müxtəlif ağır cinayətlər törətmiş məhbuslarla birgə, hava axını olmayan, yüksək temperaturlu kamerada saxlanılır».


Deputat Cəlal Əliyevin iddiası ilə Yaşar Ağazədə və Rövşən Kəbirli mayın 16-da hər biri 2 il 6 ay azadlıqdan məhrum ediliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG