Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 18:32

Polis Ümid Partiyasının qurultayına mane olub


İqbal Ağazadənin 2008-ci il prezident seçkisinə namizədliyi irəli sürülüb
İqbal Ağazadənin 2008-ci il prezident seçkisinə namizədliyi irəli sürülüb

Xətai Rayon Polisi Ümid Partiyasının mayın 6-da keçirdiyi qurultayını yarımçıq dayandırıb. Xətai rayonunun restoranlarından birində keçirilən qurultay zamanı 37-ci polis bölməsinin rəis müavini oraya gələrək, tədbirin qeyri-qanuni olduğunu bildirib.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən partiyanın sədri, millət vəkili İqbal Ağazadə deyir ki, polisin bu hərəkəti hüquqi cəhətdən düz deyil. Qurultayın keçirildiyi yer dövlət müəssisəsi olmadığı üçün icazə almağa da zərurət yox idi:


«Hesab edirəm ki, hakimiyyətin son bir ayda mətbuat üzərinə basqılarının nəticəsi kimi indi də siyasi partiyalar üzərinə basqıya başlayıb».


Xətai rayon 37-ci Polis Bölməsinin rəisi Əbülfət Rzayev isə ANS televiziyasına bildirib ki, qurultayın keçirilməsinə icazə alınmadığı üçün polis onun dayandırılmasını tələb edib.


Partiya qurultayı öz qərargahında davam etdirib. Qurultay iştirakçıları İqbal Ağazadəni növbəti 4 il müddətinə partiyanın sədri seçiblər. Həmçinin 2008-ci il prezident seçkisinə onun namizədliyini irəli sürüblər. Qurultayda Ümid Partiyasının nizamnaməsinə də struktur islahatları ilə bağlı bəzi əlavə və dəyişikliklər edilib.


XS
SM
MD
LG