Türkiyə «Qaz de Frans» şirkəti ilə qaz kəmərinin inşasında əməkdaşlıqla bağlı danışıqları dayandırıb.
Ankara bu addımı Fransada Osmanlı imperiyasında ermənilərin soyqırımını inkara görə, cinayət məsuliyyəti haqqında qanunun qəbuluna cavab olaraq atıb.
Həmin kəmərlə qaz Xəzər dənizi hövzəsindən Türkiyə və Balkanlar vasitəsilə Avropa Birliyi ölkələrinə daşınmalıdır. Layihədə iştirak edən Bolqarıstan, Rumıniya, Avstriya və Macarıstan artıq Fransa şirkəti ilə saziş imzalayıblar.