Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:27

NATO-nun Baş katibi: «Kosovonun statusu problemini tələsik həll etmək olmaz»


NATO-nun Baş katibi Kosovonun statusuna dair mövqeyini bildirib: «Kosovonun statusu problemini tələsik həll etmək olmaz, amma ehtiyac olmadan da təxirə salmaq düzgün deyil».


Bu bəyanatla aprelin 2-də NATO-nun Baş katibi Yaap De Hoop Sxeffer çıxış edib. O, Kosovonun paytaxtı Priştinada səfərdədir.


Aprelin 3-də BMT-nin Təhlükəsizlik Şurası Kosovonun gələcək statusuna dair planın müzakirəsinə başlamalıdır. Planı BMT-nin xüsusi elçisi Martti Ahtisaari işləyib hazırlayıb.


Plan Kosovoya Serbiyadan müstəqilliyin verilməsini nəzərdə tutur - ilk əvvələr beynəlxalq nəzarət altında.


XS
SM
MD
LG