Misirdə beş yaşlı oğlanı «quş qripi»ndən müalicə etmək mümkün olub.
«Reuters» agentliyinin məlumatına əsasən, Məhəmməd Əhməd Süleyman «Tamiflu» anti-virus preparatı ilə müalicə kursu keçib. Oğlan evə yazılıb.
Ümumilikdə Misirdə «quş qripi» diaqnozu 22 pasiyentə qoyulub, onlardan 13-ü vəfat edib. Yoluxanların hamısı xəstələnmiş quşla təmasda olublar.
Misir Şərqi və Cənub-Şərqi Asiya ölkələrindən sonra «quş qripi»nin insanlar arasında ən çox yayıldığı yerdir.