Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:38

Lənkərandakı ev quşlarının xəstəliyinin «quş qripi» olmadığı bildirilir


Lənkərandakı ev quşlarında xəstəlik tapılıb, ancaq bu «quş qripi» yox, kolibakterioz xəstəliyidir.


Bu barədə məlumatı Dövlət Baytarlıq Xidməti yayıb. Məlumata görə, bir müddət əvvəl, Lənkəranın Digah kəndində 2 ev quşunun tələfatı qeydə alınmışdı. Baytarlıq xidmətinin əməkdaşları həmin kənddə olub və quşlara antibiotik verməklə, xəstəliyin qarşısını alıblar. Bölgədən götürülmüş ölü quşlar isə müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına aparılıb və ilkin müayinə quşlarda kolibakterioz xəstəliyinin törədicilərini aşkar edib.


XS
SM
MD
LG