Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:41

İtaliya «A» seriyasında oyunlar dayandırılıb


«Palermo» müdafiəçiləri rəqibin cərimə zərbəsinin qarşısını alırlar, 9 dekabr 2006.
«Palermo» müdafiəçiləri rəqibin cərimə zərbəsinin qarşısını alırlar, 9 dekabr 2006.

İtaliyanın Futbol Federasiyası peşəkar liqada bütün oyunları qeyri-müəyyən vaxtadək dayandırıb.


Buna səbəb Kataniya şəhərində keçirilmiş oyun zamanı bir polis nəfərinin ölməsi olub.


Fevralın 7-də İtaliya və Rumıniya yığmaları arasında keçirilməli olan oyun də təxirə salınıb.


İtaliyanın Baş naziri Romano Prodi federasiyanın qərarını dəstəkləyib və idmanda düşmənçiliyə son qoymağa çağırıb.


Fevralın 2-də Siciliyada rəqib «Kataniya» və «Palermo» klubları arasında oyun zamanı tribunalarda hərc-mərclik düşüb.


«Kataniya» azarkeşləri komandaları 0:1 uduzanda, çoxlu fişəng yandırıblar. Hakim oyunu 10 dəqiqəlik dayandırıb. Oyun bərpa olunanda, əvvəlcə «Kataniya» hesabı bərabərləşdirib, lakin sonra «Palermo» irəli çıxıb və oyunu 1:2 hesablı qələbə ilə başa vurub. Bundan sonra hərc-mərclik düşüb və nəticədə bir polis əməkdaşı həlak olub, 100 nəfər isə yaralanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG