Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 08:30

Bu gün Aşura Günüdür


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə qan verir. 30 yanvar 2007
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə qan verir. 30 yanvar 2007

Bu gün Aşura Günü qeyd olunur. Bakıda günün birinci yarısından başlayaraq, Təzəpir, Cümə, Əjdər bəy və bir sıra məscidlərdə, ziyarətgahlarda islam dəyərlərindən bəhs edən məclislər qurulur, adamlar ziyarətə gəlirlər.


Bu gündə şiə müsəlmanları VII əsrdə Kərbəla düzündəki döyüşdə qətlə yetirilən Peyğəmbərin nəvəsi, imam Əlinin oğlu Hüseyn ibn Əlini və onun tərəfdaşlarını yad edirlər.


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev «Azadlıq» radiosuna bildirib ki, bu gün mömin müsəlmanlar qan vermə kampaniyasında iştirak edəcəklər. Hacı Akif Ağayev bildirir ki, hər il Aşura Günündə talassemiyalı və qana ehtiyacı olan başqa xəstələr üçün belə kampaniyalar təşkil olunur.


Qafqaz Müsəlmanları İdarəsi möminlərə müraciət edərək, aşura mərasimlərində onları bədəndən qan çıxarmaqla müşahidə olunan-zəncir döymə və başqa hərəkətlərdən çəkinməyə çağırıb. Hacı Akif Ağayev azyaşlı uşaqların belə mərasimlərdə iştirakının arzu edilmədiyini deyib.



XS
SM
MD
LG