Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 07:34

Səid Rüstəmovun və Əfrasiyab Bədəlbəylinin yubileyi ilə bağlı sərəncamlar imzalanıb


Prezident İlham Əliyev bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı, Azərbaycan xalq çalğı alətləri orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Səid Rüstəmovun anadan olmasının 100 illiyi münasibətilə sərəncam imzalayıb. Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Səid Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.


Ölkə başçısının digər sərəncamı bəstəkar və musiqişünas alim, ilk milli baletin müəllifi Əfrasiyab Bədəlbəylinin anadan olmasının 100 illiyi ilə bağlıdır.


XS
SM
MD
LG