Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

«Şərq»: «Müxalifətdə dialoqa maraq artıb»


«Bakı-Xəbər» qəzeti yazır ki, Azərbaycan və Ermənistan arasında gələn il Dağlıq Qarabağ probleminin həlli üçün müvafiq razılaşmalar imzalanacaq. Müəllifə görə, ATƏT-in hazırkı sədri Karl de Quxtun prezidentlərin Minsk görüşündən sonra Qarabağ konfliktinin gələn il öz həllini tapacağını qəti şəkildə bildirməsi də bunu deməyə əsas verir. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun sözlərindən isə belə məlum olur ki, müvafiq razılaşmanın imzalanması üçün problemə çevrilən yalnız bir məsələ qalır. Həmin məsələnin razılaşdırılmasından sonra E.Məmmədyarov münaqişənin həllində konkret razılıqların ola biləcəyini qeyd edir. Hadisələrin mövcud inkişafı isə, artıq Azərbaycan və Ermənistanın ziddiyyətli məsələlərdə razılığa gəldiyini göstərir. Müəllif yazır ki, Minsk görüşündən sonra prezidentlərin yanvarda yenidən bir araya gələ biləcəyinə dair indiyə kimi hər hansı rəsmi açıqlama verilməyib. Lakin gələn il yanvarın sonunda İlham Əliyevin Fransaya səfərinin nəzərdə tutulduğu rəsmən təsdiqlənib. Belə bir vaxtda Ermənistan media orqanları gələn il yanvarın axırlarında Robert Koçaryanın da Fransaya səfərə gedəcəyinə dair məlumat yayıblar. Hər iki prezidentin Fransa səfərinin eyni vaxtda planlaşdırılması onların yenidən Parisdə bir araya gələcəyini deməyə əsas verir.


«Şərq» qəzetindəki «Mü­xa­li­fət­də dialoqa ma­raq ar­tıb» başlıqlı məqalədə müəllif yazır ki, öl­kə baş­çı­sı­nın dia­loq­la bağ­lı son mü­ra­ciə­tin­dən son­ra iq­ti­dar-mü­xa­li­fət dia­lo­qu mə­sə­ləsi ak­tu­al­la­şıb. İn­di mü­xa­li­fət dü­şər­gə­sin­də dia­lo­qun baş tut­ma­sı­na ma­ra­ğın art­dı­ğı da mü­şa­hi­də olu­nur. Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın funk­sio­ner­lə­ri mü­za­ki­rə­lə­rə is­tə­ni­lən möv­zu ət­ra­fın­da baş­la­ma­ğı müm­kün he­sab edir­lər. Mil­lət və­ki­li Ay­dın Mir­zə­za­də isə he­sab edir ki, bu gün Azər­bay­can cə­miy­yə­ti­nin mü­əy­yən ümu­mi prob­lem­lə­ri var və mü­za­ki­rə­lər hə­min mə­sə­lə­lə­rin bi­ri­nin gün­də­mə gə­ti­ril­mə­si ilə də baş­la­ya bi­lər. Mil­lət və­ki­li­nin fik­rin­cə, dia­lo­qun baş tut­ma­sı üçün əsas şərt heç də tə­rəf­lə­rin mü­za­ki­rə edə­cə­yi möv­zu ol­ma­ma­lı­dı. Əsas diq­qət dia­lo­qun baş tut­ma­sı­na yö­nəl­dil­mə­li­di. Ey­ni za­man­da, cənab Mirzəzadə bu mə­sə­lə ilə bağ­lı mü­xa­li­fə­tin sə­mi­mi­lik nü­ma­yiş et­dir­mə­si­ni də va­cib sa­yır.


Azərbaycandakı mövcud ictimai-siyası durumu, noyabrın 24-dən sonra gedən proseslərlə bağlı cəmiyyətdə yaranmış narahatlığı, habelə müxalifət düşərgəsinin fəaliyyəti barədə ortaya çıxan sualları nəzərə alaraq «Yeni Müsavat» qəzetinin əməkdaşları müxalifət düşərgəsinin təmsilçilərinin iştirakı ilə dəyirmi masa keçiriblər. Dəyirmi masada müzakirə olunan məsələlər qəzetdəki «Müxalifətin birliyinə mane olan nədir?» başlıqlı məqalədə öz əksini tapıb. KAXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli və Müsavat başqanının müavini Mehman Cavadoğlunun iştirakı ilə keçirilən polemikada günün əsas aktual məsələləri ilə bağlı müzakirələr aparılıb. «Biz yenə bir araya gəldik. Biz haqqı müdafiə üçün bir yerdəydik. Hətta orda vahid cəbhənin yaradılması barədə fikirlər səsləndi. Amma Koordinasiya Şurası 2-3 tədbirlə öz işini bitmiş hesab etdi. Ortada isə nəticə yoxdur. Nəticənin olmamasının səbəbkarı özümüzük» - bu fikirlər Mirmahmud Mirəlioğluna aiddir. Qulamhüseyn Əlibəyliyə görə isə, müxalifət müəyyən təhlükə anında yığışır, bəyanatlar verib, bəlkə də kollektiv adımlar atır, təhlükə özünə yox, başqasına dəyib deyə, işini bitmiş sayır.


XS
SM
MD
LG