Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:50

“Nobel mükafatını verəndə tərəfkeşlik etmirik”


Nobel mükafatının medalı
Nobel mükafatının medalı
“Nobel mükafatının qalibi seçilərkən yazarların milliyyəti mühüm faktor olmur”.

Bunu mükafatı verən İsveç Akademiyasının üzvü, tanınmış şair Kjell Espmark Associated Press agentliyinə deyib.

Onun bildirdiyinə görə, İsveç Akademiyasının üzvləri avropalı, yaxud amerikalı yazıçılara qarşı ayrı-seçkilik etmir.

Son illərdə akademiyanın bəzi üzvlərinin mükafatın seçim prosesi haqda söylədikləri qalmaqal yaradıb.

2008-ci ildə İsveç Akademiyasının daimi katibliyinin rəhbəri Horace Engdahl AP-yə bildirmişdi ki, Nobel mükafatında avropalı yazarlar amerikalı yazarları ona görə üstələyə bilirlər ki, buna layiqdirlər - Amerika ədəbiyyatı isə həddən artıq özünə qapanıb – amerikalı yazarlar ölkələrindəki kütkəvi mədəniyyətin meyllərinə çox həssas yanaşırlar.

Onu əvəzləmiş Peter Englund isə 2009-cu ildə demişdi ki, mükafat həddən ziyadə “avrosentrik”dir.

Ümumiyyətlə, axır 20 ildə Nobel mükafatını alanlar arasında 11 avropalı və yalnız bir Amerika yazıçısı (Toni Morrison) olub.

Həmin 20 nəfər arasında başqa qitələrdən olan bəzi yazıçılar da olub ki, onlar da yazıçı karyeralarının çox hissəsini Avropada keçiriblər.

Nobel mükafatının qalibi İsveç Akademiyasının 18 üzvünün iştirakı ilə keçirilən gizli səsvermə yolu ilə seçilir.

1981-ci ildə İsveç Akademiyasının üzvü olan Kjell Espmark Associated Press agentliyinə onu da deyib ki, 2008-ci ildə Horace Engdahl-nin verdiyi müsahibə kontekstdən çıxarılıb.

“Əslində Engdahl başqa bir məqama diqqət yönəldib - sadəcə demək istəyib ki, Amerikada başqa ölkələrin ədəbiyyatı az tərcümə edilib oxunur, geniş oxucu kütləsinə çatmır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG