Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

«Bakı-Xəbər»: «Prezidentlərin Minsk görüşü nə vəd edir?»


«Yeni Müsavat» qəzetinin əməkdaşı son günlər ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayevin və bu qurumun prezidenti Vahid Mustafayevin həbs olunacağı ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı Mirşahinin vəkili Aslan İsmayılov bildirib ki, təhlükənin konkret hansı səviyyədə olduğunu proqnozlaşdırmaq mümkün deyil: «Amma ANS telekanalının bağlanması göstərdi ki, ölkədə istənilən özbaşınalıq baş verə bilər və istənilən hərəkəti etmək olar. Ona görə də həbs təhlükəsi istisna deyil», - deyə vəkil bildirib. Cənab İsmayılov ANS-in fəaliyyətinin dayandırılmasından dərhal sonra M.Ağayevin, habelə telekanalın prezidenti Vahid Mustafayevin prokurorluğa çağırılmasını təsadüf saymır. Onun fikrincə, nəyin bahasına olursa olsun, bu insanları sındırmaq istəyirlər.


«Bakı-Xəbər» qəzetindəki «Prezidentlərin Minsk görüşü nə vəd edir?» başlıqlı məqalədə bildirilir ki, MDB dövlət başçılarının Minskdə keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünün hər hansı nəticə verəcəyi inandırıcı görünmür. Buna əsas səbəb isə tərəflərin hələ də konkret ziddiyyət predmetinə çevrilən məsələlər ətrafında razılıq əldə edə bilməməsidir. İndiyə qədər bu ziddiyyətlərin həll edilməməsi prezidentlərin Minsk görüşünün nəticəsiz başa çatacağını şərtləndirən əsas amillər hesab edilir. Belə şəraitdə prezidentlərin yenidən görüşməsinə nə dərəcədə ehtiyac duyulmasına gəlincə, ekspertlər bunu, daha çox, ATƏT-in Minsk Qrupunun maraqları ilə izah edir. Belə ki, dövlət başçılarının görüşü bir tərəfdən, Minsk Qrupunun ciddi fəaliyyət göstərdiyinə dair mənzərə yaradırsa, digər tərəfdən, qrupun təklif etdiyi həll variantlarının reallıqda həyata keçirilməməsinin məsuliyyətini Azərbaycan və Ermənistanın üzərinə qoymağa əsas yaradır.


«Rusiya hökumətinin qərarının tətbiqi nəticəsində bu ölkədə işləyən soydaşlarımızın üzləşə biləcəkləri problemlərin öyrənilməsi və aradan qaldırılması üçün yaradılmış komissiya bir çox işləri görə bilər. Ümidvaram ki, komissiya qarşıya qoyulmuş vəzifələri vaxtında yerinə yetirəcək və müvafiq təkliflər hazırlayacaq ki, Rusiyada yaşayan azərbaycanlıların problemləri həll olunsun». Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev «Yeni Azərbaycan» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Rusiyada yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək məqsədilə ötən həftə Moskvada ezamiyyətdə olan Rauf Tağıyev bazarlarda sosioloji sorğu keçirdiyini və hazırda nəticələrin təhlil olunduğunu bildirib. Onun sözlərinə görə, sorğunun nəticələri əsasında təkliflər hazırlanacaq. Dekabrın əvvəllərində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti yenidən Moskvaya ezam olunacaq və ilkin məsləhətləşmələr aparacaq.


«Şərq» qəzetindəki «Ru­si­ya bi­zi ener­ji böh­ra­nı ilə üz-üzə qo­ya bil­məz» başlıqlı məqalədə bildirilir ki, Ru­si­ya­nın «PAO EES» Açıq Tip­li Səhm­dar Cə­miy­yə­ti ilə «Azərener­ji» Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti ara­sın­da­kı müqa­vi­lə tə­zə­lən­mə­sə, bu öl­kə Azər­bay­ca­na elekt­rik enerjisinin ix­ra­cı­nı da­yan­dı­ra bi­lər. Ar­tıq «Azə­re­ner­ji» Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti bu mə­sə­lə ilə bağ­lı öz na­ra­hat­çı­lı­ğı­nı bil­di­rib. Qurumun vit­se-pre­zi­den­ti Mar­len Əs­gə­rov qeyd edib ki, Ru­si­ya­dan ve­ri­lən elekt­rik ener­ji­si da­yan­dı­rıl­sa, Azər­bay­can öz im­kan­la­rı he­sa­bı­na ener­ji böhra­nı­nı ara­dan qal­dı­ra bil­mə­yə­cək. Müəllif yazır ki, Ru­si­ya­nın Azər­bay­ca­na sat­dı­ğı qa­zın qiy­mə­ti­ni iki də­fə ba­ha qiy­mə­tə tək­lif et­mə­sin­dən son­ra bu ad­dı­mı at­ma­sı Azər­bay­ca­na təz­yiq va­si­tə­si ki­mi qiy­mət­lən­di­ri­lir. Bə­zi eks­pert­lər dü­şü­nür ki, Ru­si­ya Azər­bay­ca­nı ener­ji böh­ra­nı ilə üz-üzə qo­ya­raq öz tə­si­ri al­tın­da sax­la­maq is­tə­yir.


XS
SM
MD
LG