Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Suriya: Dəməşqdə 14, İdlibdə 12 nəfər həlak olub


Hadisə yeri
Hadisə yeri

Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı isə hücumda 14 nəfərin öldüyünü, ölü sayının arta biləcəyini bildirir

Oktyabrın 20-də Suriyanın paytaxtı Dəməşqdə ordu avtobusunda törədilmiş partlayışda 14 nəfər həlak olub.

Bunun dərhal ardınca ölkənin şimalında, qiyamçıların nəzarətində olan İdlib qəzasının artilleriya atəşinə tutulması nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Reuters yazır ki, əsgərləri daşıyan avtobus Dəməşqin mərkəzində, körpünün yaxınlığında partlayıb.

Bu da xəbər verilir ki, avtobusa əvvəlcədən iki bomba yerləşdirilmişdi.

Ordu istehkamçıları üçüncü bombanı zərərsizləşdirə biliblər.

Suriya dövlət telekanallarının yaydıqları süjetlərdə xilasedicilərin yanıb külə dönmüş avtobusdan insan qalıqlarını çıxardıqları görünürdü.

Qisas hücumu?

Avtobus partlayışından yarım saat sonra İdlib qəzasındakı Ariha məntəqəsi artilleriya atəşinə tutulub.

İdlib anti-Əsəd qiyamçıların nəzarətində qalan sonuncu ərazidir.

BMT-nin UNICEF uşaq agentliyi bildirir ki, İdlibdə ölənlərin arasında müəllim və dörd məktəbli olub.

Artilleriya atəşi başlananda onlar məktəbə gedirdilər.

İnsan haqları müdafiəçiləri bunun İdlib üzərinə 2020-ci ilin martından bəri ən ağır hücum olduğunu bildirirlər. Xilasedicilər azı 30 nəfərin yaralandırğını xəbər verirlər.

UNICEF-in bəyanatında deyilir ki, həlak olmuş və yaralanmış uşaqların say göstəricisinin artacağı gözlənilir.

Daha bir insident

İranın Əl-Aləm telekanalı belə görünür ki, Suriyada baş vermiş üçüncü insident barədə məlumat yayıb.

Telekanal bildirib ki, Homs və Hama şəhərləri arasında yerləşən silah anbarında görülən cari işlər zamanı baş vermiş partlayışda beş nəfər həlak olub.

İran telekanalı həlak olanların kimliyini açıqlamayıb.

Suriyada 10 ildən artıqdır ki, davam edən vətəndaş münaqişəsində yüzminlərlə insan həlak olub.

Amma son illərdə döyüşlər səngiyib və prezident Bəşər əl-Əsəd ölkənin demək olar bütün şəhər və qəsəbələrində nəzarəti ələ ala bilib.

Reuters yazır ki, Dəməşqdə törədilmiş bomba partlayışına görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib.

Dövlət mediası İdlibin bombardman edilməsi barədə heç bir xəbər verməyib.

Belə hücumlar son vaxtlar azalıb

Bu da qeyd olunur ki, hökumət qoşunları Rusiya və İran qüvvələrinin dəstəyi ilə 2018-ci ildə Dəməşq ətrafındakı qiyamçı müqaviməti ləğv edəndən bəri paytaxtda hücumların sayı əhəmiyyətli dərəcədə azalıb.

2017-ci ildə Dəməşqdə törədilmiş bir neçə intiharçı bomba hücumunda onlarca insan həlak olmuşdu.

Bunlardan polis məntəqələrinə edilmiş iki hücuma görə məsuliyyəti öz üzərinə ekstremist İslam Dövləti qruplaşması götürmüşdü.

Reuters yazır ki, bu qruplaşmanımn döyüşçüləri Suriyanın mərkəzi səhra ərazisində hələ də qalmaqdadır.

Onlar bu il ərzində ordu avtomobillərinə bir neçə dəfə basqın ediblər.

Suriyada münaqişənin siyasi yollarla həlli üçün BMT-nin egidası altında danışıqlar aparılır.

Ötən həftə BMT bildirib ki, yeni konstitusiyanın tərtibi üçün hökumət və müxalifət arasında razılaşma əldə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG