Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:41

Separatçılar ATƏT müşahidəçilərini bazadan çıxmağa qoymurlar


ATƏT müşahidəçiləri Ukraynada, arxiv fotosu
ATƏT müşahidəçiləri Ukraynada, arxiv fotosu

Ukraynanın Müdafiə Nazirliyi isə Kosyakın gizli kəşfiyyat missiyası həyata keçirən rusiyalı hərbçi qrupunun üzvü olduğunu deyir

Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın şərqində atəşkəsə nəzarət edən ATƏT-in bir qrup müşahidəçisini bazadan çıxmağa qoymur, hökumət qüvvələrinin əlində olan şəxsin buraxılmasını tələb edirlər. Bu haqda ATƏT oktyabrın 17-də məlumat yayıb.

Darvaza qıfıllanıb

Qurum 2014-cü ildə Ukraynanın şərqi Donetsk və Luqansk regionlarına Xüsusi Monitorinq Missiyası yerləşdirib. Missiyanın məqsədi həm təhlükəsizlik vəziyyəti haqda hesabat vermək, həm də hökumət qüvvələri ilə separatçıların dialoqunu asanlaşdırmaqdır. Münaqişədə 13 min 200-dən çox insan həlak olub.

2020-ci ilin iyulunda yeni atəşkəs sazişinin qüvvəyə minməsinə baxmayaraq, sporadik atışmalar davam edir.

ATƏT missiyasının məlumatında deyilir ki, Donetsk regionunda separatçıların əlində olan Qorlivka şəhərində missiyanın bazasının yerləşdiyi binanın darvazası zəncir və qıfılla kilidlənib.

Bazanın yerləşdiyi otelin sahibi missiyaya bildirib ki, şəhər “mer”inin göstərişinə əsasən, “onların binadan çıxmasının qarşısı alınacaq”.

Saxlanan kimdir

Yerli vaxtla axşam saat 5-də iki nəfər missiyanın əməkdaşlarına deyib ki, saxlanmış hərbçi buraxılmayınca onların oteldən çıxmasına icazə verilməyəcək.

Separatçılar məlumatı şərh etməyiblər.

Onlar Andrety Kosyak adlı məmurun ötən həftə öncə cəbhə yaxınlığında Ukrayna ordusu tərəfindən saxlandığını deyirlər. Onun həmin vaxt atəşkəsə nəzarət etdiyi bildirilir.

Ukraynanın Müdafiə Nazirliyi isə Kosyakın gizli kəşfiyyat missiyası həyata keçirən rusiyalı hərbçi qrupunun üzvü olduğunu deyir.

ATƏT missiyası müşahidəçilərinin hərəkət azadlığına əngəllərin qaldırılmasına çağırıb.

Ukraynanın şərqində münaqişə Moskvanın Krımı ilhaqından sonra başlanıb. Beynəlxalq ictimaiyyət bu addımı pisləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG