Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

Sosial Demokratlar seçkidə önə çıxır


ZDF televiziyası seçkinin ilkin nəticəsini müzakirə edir
ZDF televiziyası seçkinin ilkin nəticəsini müzakirə edir

İlkin nəticələr koalisiya hökuməti ilə bağlı danışıqların çox çəkəcəyini göstərir

Almaniyada sol-mərkəzçi Sosial Demokratlar (SPD) vəzifədən getməkdə olan kansler Angela Merkelin hakim mühafizəkar CDU/CSU blokunu az fərqlə geridə qoyur. Avropanın ən böyük iqtisadiyyatında bazar günü keçirilmiş parlament seçkisinin ilkin nəticəsi sentyabrın 27-də erkən açıqlanıb.

Həm SPD, həm də CDU/CSU növbəti hökuməti formalaşdırmaq üçün mandat aldığını iddia edir. İlkin nəticələr koalisiya hökuməti ilə bağlı danışıqların çox çəkəcəyini göstərir. Bu arada Merkel vəzifəsini müvəqqəti icra edəcək.

Ən mümkün ssenari

Heç bir partiya çoxluğu əldə edə bilmədiyindən üçpartiyalı koalisiya ən mümkün ssenari kimi görünür. Yaşıllar partiyası və biznesyönlü Azad Demokratlar (FDP) prosesdə dəyişiklik yarada bilər.

Federal Seçki Komissiyasının sentyabrın 27-də açıqladığı rəqəmlərə görə, SPD və onun kansler vəzifəsinə namizədi Olaf Şolz səslərin 25.7 faizini qazanıb. Şolz hazırda vitse-kansler və maliyyə naziridir.

Şolz deyib ki, seçki “bizim Almaniya üçün yaxşı, praqmatik hökuməti təmin etməyimizə aydın mandat verir”.

Merkel 16 ildən sonra hakimiyyətdən gedir. Onun mühafizəkarları isə 76 illik tarixi boyunca ən pis nəticəni göstərib, 24.1 faiz səs yığıb. 2017-ci il seçkisində blok bundan 8 faiz səs toplamışdı.

Laşet də hökumət qurmağa çalışacaq

CDU/CSU-nun kansler vəzifəsinə namizədi, hazırda Şimali Reyn-Vestfaliya vilayətinin baş naziri Armin Laşet səsvermənin nəticəsini məyusedici adlandırıb, ancaq yenə də yeni hökumət qurmağa çalışacağını söyləyib.

“Kansler heç də həmişə birinci yerə çıxmış partiyadan seçilmir”, – Laşet bildirib.

Yaşıllar indiyədək ən yaxşı göstəricisini əldə edib, 15 faizə yaxın səs yığıb. FDP isə səslərin 11.5 faizini qazanıb.

İki partiya parlamentdə düşməkdən ötrü 5 faizlik baryeri keçə bilməyib. İfrat-sağçı Almaniya üçün Alternativ (AfD) isə 10.3 faiz səslə yenidən parlamentə düşüb. Ənənəvi partiyalar AfD ilə koalisiyanı istisna edib.

Seçici fəallığının 76.6 faiz olduğu bildirilir.



“Böyük koalisiya”?

SPD və CDU/CSU “böyük koalisiya”nı yenidən qura bilər, ancaq illərdir tərəflər bu əməkdaşlıqdan məmnun deyillər və hökumətdə yeni tərəfdaşlıq axtarışına çıxacaqlarını bəyan ediblər.

Bu isə o deməkdir ki, Laşet və Şolz Yaşıllar və FDP ilə əməkdaşlığı nəzərdən keçirə bilər. Bu iki partiya vergilər, sosial proqramlar, iqlim dəyişikliyi məsələlərində fərqli mövqe tuturlar.

FDP lideri Kristian Lindner deyib ki, koalisiya danışıqlarından öncə onun partiyası Yaşıllar ilə razılaşma əldə etməlidir.

Seçki kampaniyasında iqlim dəyişikliyi, təqaüdlər, vergilər, minimum maaş əsas məsələləri olub. Bundan başqa mənzillərin bahalığı, təhsil, səhiyyə, miqrasiya diqqət mərkəzində. Əsasən yerli məsələlərin üstünlük təşkil etdiyi kampaniyada xarici siyasətə o qədər də böyük önəm verilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG