Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Perm dövlət universitetində 6 nəfər öldürülüb


Hadisə yeri
Hadisə yeri

Universitetin “VKontakte” şəbəkəsindəki səhifəsi tələbələri kabinetlərdə gizlənməyə, olduqları yerdə qalmağa çağırıb

İstintaq Komitəsi hücumda altı nəfərin öldürüldüyünü, 28 nəfərin xəsarət aldığını bildirir. Komitə daha öncə atışmada 8 nəfərin həlak olduğunu deyirdi.

Səhiyyə Nazirliyi isə xəstəxanada 24 nəfərin müalicə olunduğunu açıqlayıb.

***

Şübhəlinin hüquq-mühafizə orqanları tərəfindən “neytrallaşdırıldığı” bildirilir. Universitetin sözçüsü Natalya Peçişçeva deyib ki, atəş açan şəxs “neytrallaşdırılıb”.

Yerli media orqanları da mənbələrə istinadla silahlının aldığı yaralardan öldüyünü yazırlar.

Sosial mediada yayılmış fotoda şübhəli olduğu bildirilən şəxsin yerdə yaralı vəziyyətdə uzandığı. Ona tibbi yardım göstərildiyi görünür.

***

Perm universitetində bir neçə nəfəri qətlə yetirmiş silahlı saxlanıb.

İstintaq komitəsinin məlumatına görə, sentyabrın 20-də törədilmiş hücumda 8 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

“Şübhəli müəyyənləşdirilib. O, saxlanarkən müqavimət göstərib və yaralanıb”, – bəyanatda deyilir, əlavə detal açıqlanmır.

1 milyon əhalisi olan Perm Moskvadan 1400 km şimal-şərqdə yerləşir.

2018-ci ilin yanvarında Permdə iki 16 yaşlı məktəbli sinif otağına girərək 11 şagirdi və bir müəllimi bıçaqlamışdı.


***

Sentyabrın 20-də səhər Perm Dövlət Universitetində atışma olub. “İnterfaks” ölənlərin və yaralıların olduğunu bildirir.

Telegram kanallarında binanın pəncərələrindən tullanan şəxslərin videoları yayılır.

“Meduza” portalı şahidlərə və TASS-a istinadla xəbər verir ki, naməlum şəxs universitet binasında atəş açmağa başlayıb.

“Naməlum şəxs Perm dövlət universitetinin ərazisinə girərək tələbələrə və müəllimlərə atəş açmağa başlayıb. Ölənlər və xəsarət alanlar var”, – mənbə “İnterfaks”a deyib.

59.ru portalının universitetin mətbuat xidmətindən aldığı informasiyaya görə, naməlum şəxs travmatik silahdan atəş açıb, bir nəfər başından yaralanıb, amma huşu özündədir.

Universitetin “VKontakte” şəbəkəsindəki səhifəsi tələbələri kabinetlərdə gizlənməyə, olduqları yerdə qalmağa çağırıb.

Rusiyada və digər postsovet respublikalarında məktəblərə hücumlar nadir hallarda baş verib. Amma son illər onların sayı artıb. Bu ilin mayında Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda məktəbdə atışma və partlayış zamanı 9 nəfər öldürülüb.

Bundan sonra Prezident Vladimir Putin Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotova xüsusi tapşırıq verib. Mülki istifadə üçün nəzərdə tutulan silah növləri, vətəndaşların istifadəsində hansı silahların olması, bu atışmada istifadə olunan da daxil kiçik silahlarla bağlı yeni qaydaların hazırlanacağı bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG